11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Tarif Şurasının benzinlə bağlı qərarı ləğv edilə bilərmi?

Tarif Şurasının benzinlə bağlı qərarı ləğv edilə bilərmi?
Tarif Şurasının benzinlə bağlı qərarı ləğv edilə bilərmi?


Tarif Şurasının 14 iyulda keçirilmiş iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 20 qəpik artırılıb. Hazırda 1 litr üçün "Aİ-92” markalı avtomobil benzini 90 qəpikdir. Digər benzin markalarına gəlincə, "Aİ-95 Premium” 1,15 AZN, "Super Aİ-98” markalı benzinin qiyməti isə 1,20 AZN təşkil edir.

Prezident Tarif Şurasının qərarını ləğv edəcəkmi?

Benzinin bahalaşmasından sonra müzakirə edilən məsələ prezident İlham Əliyevin Tarif Şurasının bu qərarını ləğv edib-etməyəcəyidir. Şuranın 2015-ci il qərarının ləğvi bu müzakirələrin meydana çıxmasının əsasını təşkil edir. Belə ki, 2015-ci ilin 12 yanvarında Tarif Şurasının növbədənkənar iclası keçirilərək, "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik müəyyənləşdirilmişdi. Lakin yanvarın 14-də prezidentin sərəncamı ilə şuranın qərarı ləğv edilmişdi. Məhz bu təcrübənin mövcudluğu prezidentin bu dəfə də qərarı ləğv edəcəyinə dair gözləntilər yaradır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a açıqlamasında bildirib ki, o zaman söhbət 2 qəpik yol vergisinin benzinin qiymətinə tətbiq olunmasından gedirdi və bu məbləğ şirkətdaxili vergilərin azaldılması hesabına kompensasiya edildi: "Nəticədə, son məbləğ dəyişməz qaldı. Hazırda isə qiymətin 20 qəpik, yəni 2015-ci ildən fərqli olaraq, 10 dəfə artımı baş verib. Bu, yalnız bir neft məhsuluna tətbiq olunub və 7 səbəb göstərilib”.

İ.Şaban qeyd edir ki, artımın məqsədi SOCAR-ın neft emalı zavodunda daha yüksək keyfiyyətli neft məhsullarının istehsalı üçün modernizasiyanın aparılmasıdır: "Yəni məqsəd lazım olan vəsaitə dəstək verməkdir. Belə olan halda əsaslandırılmış qərar ləğv edilmir”.

Benzinin satış qiymətində aksiz vergisinin xüsusi çəkisi böyükdür

Ekspertin sözlərinə görə, pərakəndə satışdan SOCAR-a az vəsait qalır: "Satışdan aksiz vergisinə cəlb edilən hissə yüksəkdir”.

O ki qaldı 1 litr benzinin SOCAR-a neçəyə başa gəlməsinə, bu hesablama ictimaiyyətə açıqlanmır.

İ.Şaban deyir ki, yanacağın satış qiymətlərinin necə formalaşdırılmasının ictimaiyyətə açıqlanması ilə bağlı dəfələrdə məsələ qaldırılıb, ancaq nəticəsi olmayıb: "İctimaiyyət kimin – SOCAR, Vergilər Nazirliyi və satıcıların hər litrdən nə qədər qazandığını bilməlidir, burada gizli saxlamalı məqam yoxdur”.

Tarif Şurasının benzinlə bağlı qərarı ləğv edilə bilərmi?
Xeberler
Bakı-Gəncə qatarların sürət həddi artırıldı

Bakı-Gəncə qatarların sürət həddi...

Xeberler
Azərbaycanlı deputat qəzaya düşdü - FOTO

Azərbaycanlı deputat qəzaya düşdü -...

Xeberler
Cəbhədə TƏXRİBAT - Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy ATƏŞƏ TUTULDU

Cəbhədə TƏXRİBAT - Tərtər, Ağdam,...

Xeberler
Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı

Rəis Bakıda saxlanılan...

Xeberler
Azərbaycanda həftəsonları yalnız aptek və ərzaq mağazaları işləyəcək

Azərbaycanda həftəsonları yalnız...

Xeberler
Xırdalan tuneli bağlanacaq

Xırdalan tuneli bağlanacaq...

Комментарии (0)