09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Heydər Əliyevin "Volqa" hədiyyə etdiyi briqadir: "37 ildir qoruyub saxlayıram" (FOTO)

Heydər Əliyevin "Volqa" hədiyyə etdiyi briqadir: "37 ildir qoruyub saxlayıram" (FOTO)
Heydər Əliyevin "Volqa" hədiyyə etdiyi briqadir: "37 ildir qoruyub saxlayıram" (FOTO)


Salyanın Marışlı kənd sakini 69 yaşlı Həsrət Əsədov 37 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən ona verilən “QAZ-24” markalı “Volqa” avtomobilini bu gün də ən qiymətli hədiyyə kimi qoruyub saxlayır.


BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, minik avtomobili Həsrət Əsədova ötən əsrin 80-ci illərində Salyandakı kolxozlardan birində pambıqçılıq üzrə komsomolçu gənclər briqadasının briqadiri olarkən bağışlanılıb.

Hadisə isə belə olub: Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə - 1981-ci il avqustun sonlarında Salyana səfər edir. Səfər çərçivəsində Həsrət Əsədovun rəhbərlik etdiyi komsomolçu gənclər briqadasının pambıq sahəsini gəzir, briqadanın plan və öhdəliyi ilə tanış olur. Heydər Əliyev biləndə ki, briqadir “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” təşəbbüsünü irəli sürüb və rayonda fəaliyyət göstərən bütün komsomolçu gənclər briqadalarını bu təşəbbüsə qoşulmağa çağırıb, briqadirin əmək fəaliyyəti, briqadanın ötən illərdə nə qədər pambıq topladığı, məhsuldarlığın neçə sentner olması ilə maraqlanır. Ulu Öndər “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” çağırışını nəcib bir təşəbbüs kimi bəyənir və elə oradaca briqadir Həsrət Əsədova növbədənkənar “Volqa” avtomobilinin verilməsini tapşırır.

Həsrət Əsədov deyir ki, həmin “QAZ-24” onun üçün ən dəyərli, qiyməti heç nə ilə ölçülməyən bir hədiyyədir. “Hər dəfə maşınla səfərə gedib-gələndə, nəvələrimi məktəbə aparıb-gətirəndə Ulu Öndərlə görüşüm gözlərim önünə gəlir, o xoş anları bir də yaşayıram. Allah ona qəni-qəni rəhmət eləsin!”, - deyə Salyan sakini bildirir.
Heydər Əliyevin "Volqa" hədiyyə etdiyi briqadir: "37 ildir qoruyub saxlayıram" (FOTO)

Heydər Əliyevin "Volqa" hədiyyə etdiyi briqadir: "37 ildir qoruyub saxlayıram" (FOTO)
Xeberler
Bakıda bomba həyəcanı: Körpünün altından partlayıcı tapıldı?

Bakıda bomba həyəcanı: Körpünün...

Xeberler
Deputat qalmaqallı villasından danışdı - “Adamın evi olar da...”

Deputat qalmaqallı villasından...

Xeberler
9 noyabr Dövlət Bayrağı günüdür

9 noyabr Dövlət Bayrağı günüdür...

Xeberler
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib

Vladimir Putin Prezident İlham...

Xeberler
Bakının bu hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının bu hissələrində nəqliyyatın...

Xeberler
Əhalinin sayı açıqlandı

Əhalinin sayı açıqlandı...

Комментарии (0)