09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu

İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu
İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu


Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də pisdir. Hələlik axtarışlar nəticə vermir".

Z.Qasımlı özəl olaraq Trend-ə bildirib ki, axtarışlar aparmaq üçün Türkiyədən iki mütəxəssis gətirilib: "Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.
Xeberler
Madagizdəki Ermənistan əsgərləri döyüşə girməkdən imtina edir və qaçırlar - MN

Madagizdəki Ermənistan əsgərləri...

Xeberler
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib

İlham Əliyev Qarabağ...

Xeberler
Peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib

Peyvənd olunmayan uşaqların məktəb...

Xeberler
Yenidən qapanmalar olacaq? - ÜST rəsmisi CAVAB VERDİ

Yenidən qapanmalar olacaq? - ÜST...

Xeberler
Karantin rejiminin uzadılması ilə bağlı növbəti RƏSMİ AÇIQLAMA

Karantin rejiminin uzadılması ilə...

Xeberler / Hava
Duman Bakının üstündən nə vaxt çəkiləcək?

Duman Bakının üstündən nə vaxt...

Комментарии (0)