14:03 Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ   ///     07:45 Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA   ///     11:41 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ   ///     09:11 Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib   ///     08:44 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN   ///     08:43 Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA   ///     07:33 Bakıda və Abşeron yarımadasında leysan olacaq - XƏBƏRDARLIQ   ///     12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///    

20 Yanvar - Tarixin qan yaddaşı

20 Yanvar - Tarixin qan yaddaşı
20 Yanvar - Tarixin qan yaddaşı


Bu gün 20 Yanvar hadisələrindən 28 il ötür. Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarixi gün həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günüdür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilib. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıdıb. Stavropol, Rostov və Krasnodardan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilib. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulub.

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Ölçüyəgəlməz dağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar xüsusi qəddarlıqla, qətlə yetirilib, şəhərin küçələri qana qərq olub.

Kütləvi insan itkisi ilə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən insanlıq əleyhinə cinayətin bütün əlamətlərini özündə əks etdirən bu hadisə insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə törədilib. "CBC Sport" telekanalı olaraq ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq.

20 yanvar 1990-cı il ölkə tarixinə Şəhid ucalığı və qəhrəmanlıq səlnaməsi kimi əbədi yazılacaqdır. Şəhidlərimizin müqəddəs ruhu milyonlarla azərbaycanlının ürəyində daima işıq saçacaq və milli müstəqilliyimizin hansı qurbanlar hesabına başa gəldiyini unutmağa qoymayacaqdır. Azərbaycanın müstəqilliyi onun Dövlətçiliyi qan bahasına başa gəlib və məhz buna görə də əbədidir.

May.Az saytının kollektivi şəhidlərimizin ruhunu hörmətlə yad edir, onlara rəhmət diləyir.
Xeberler
Dünyaya övlad gətirən anaların arıqlaması üçün 6 mühüm məsləhət

Dünyaya övlad gətirən anaların...

Xeberler
"Texnopolis" proqramı bulvarda Aya ilk insan enişinin 50 illiyi münasibəti ilə qaçış keçirir

"Texnopolis" proqramı bulvarda Aya...

Xeberler
Daxili İşlər Nazirliyinin rəhbərliyi göstəriş verdi – DYP aylığa başladı

Daxili İşlər Nazirliyinin...

Xeberler
"Azercell"dən problemlə bağlı xəbərdarlıq

"Azercell"dən problemlə bağlı...

Xeberler
Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur? - VACİB MƏLUMATLAR

Hansı xəstəliklərdə şəxs hərbi...

Xeberler / Hava
Qar yağacaq, yolları buz bağlayacaq

Qar yağacaq, yolları buz bağlayacaq...

Комментарии (0)