09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Bakıda bir İLK – sərnişin avtobusları gecə də işləyəcək

Bakıda bir İLK – sərnişin avtobusları gecə də işləyəcək
Bakıda bir İLK – sərnişin avtobusları gecə də işləyəcək



“Yaxın vaxtlarda gecə səhərədək işləyən xüsusi marşrut xətləri istifadəyə veriləcək”.

MAY.AZ xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində belə bir layihə üzərində iş aparılır ki, 24 saat rejimində işləyən marşrut xətləri açılsın.

“Bu marşrutlar təkcə şəhər mərkəzində yox, müxtəlif istiqamətlərdə buraxılacaq. Xüsusən dairəvi yollarda hərəkətdə olan marşrut xətləri olacaq. Belə “Ekspress marşrut” xətləri gecə səhərədək işləyəcək”, - deyə qurum rəsmisi bildirib.

M.Ağayev deyib ki, bu marşrutlar müəyyən intervalla yola çıxacaqlar. “Məsələn, yola çıxmışıq, taksi də yoxdur. Amma biləcəyik ki, artıq şəhərdə hər yarım saatdan bir dayanacaqdan “Ekspress avtobus” keçəcək. Bütün inkişaf etmiş şəhərlərin təcrübəsində belə marşrutlar var. Ümumiyyətlə, inkişaf etmiş şəhərlərdə marşrut şəbəkəsində olan elementlər, insanların rahatlığı üçün edilən yeniliklərin hamısı Bakıda da olacaq. Bunun üçün sadəcə zaman lazımdır”.

Həmsöhbətimiz qeyd edib ki, şəhərdə ictimai nəqliyyata tələbat günü-gündən artır: “Eyni zamanda, şəhərə turist axını da çoxdur. Turistlərə əyləncə və ticarət mərkəzlərinə getmək üçün gecə saatları da işləyən avtobuslar lazım olur”.
Xeberler
"Saqqallı" varlıq Ağdaşın daha bir kəndinə dadandı

"Saqqallı" varlıq Ağdaşın daha bir...

Xeberler
Sürücülük vəsiqələri ilə bağlı DƏYİŞİKLİK

Sürücülük vəsiqələri ilə bağlı...

Xeberler
Ermənilər yenidən Gəncəni atəşə TUTDULAR - CANLI YAYIM

Ermənilər yenidən Gəncəni atəşə...

Xeberler
Dövlət bağçaları yayda açılmayacaq

Dövlət bağçaları yayda açılmayacaq...

Xeberler
İlham Əliyev: "Gömrük rüsumları artırılmalıdır"

İlham Əliyev: "Gömrük rüsumları...

Xeberler
Gecə cəbhədə silahlar susmadı - Nazirlik məlumat yaydı

Gecə cəbhədə silahlar susmadı -...

Комментарии (0)