11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda 27 Sentyabr - Anım Günüdür

Azərbaycanda 27 Sentyabr - Anım Günüdür
Bu gün - 27 sentyabr müasir tariximizin şərəfli günüdür. Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, müzəffər ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.
MAY.AZ xəbər verir ki, Vətən müharibəsi əsirlər boyu tariximizdən silinməyəcək, gələcək nəsillərin qürur mənbəyi olacaq.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən 44 gün ərzində bir neçə dəfə təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib. Lakin bütün bunlara baxmyaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib.
Azərbaycan xalqı şəhidlərini hər zaman hörmətlə anır, müharibə iştirakçıları və qazilərimizə Allahdan şəfa diləyirik.
Xeberler
Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq

Peşə məktəblərinə qəbul üçün əlavə...

Xeberler
Azərbaycan polisi əməliyyat keçirdi – Saxlanılanlar var

Azərbaycan polisi əməliyyat keçirdi...

Xeberler
Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama

Bakıda toydan çıxan qadınlara hücum...

Xeberler
Azərbaycanda siqaret istehsalı kəskin artacaq - PROQNOZ

Azərbaycanda siqaret istehsalı...

Xeberler
Bütün dünya bu qadının ölümündən danışır - FOTO

Bütün dünya bu qadının ölümündən...

Xeberler
Bu tarixdən dizel və "Aİ-92″ markalı benzin bahalaşacaq

Bu tarixdən dizel və "Aİ-92″...

Комментарии (0)