12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///     09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///    

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan "Böyük oyun" verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Notada xüsusi vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.
Səfirlik Nazirliyin diqqətinə çatdırıb ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir.
Sənəddə qeyd olunmuşdur ki, regionda mövcud olan kövrək sülh şəraitində gərginliyə səbəb ola biləcək və vəziyyəti daha da gərginləşdirə biləcək təxribatların qarşısının alınmasında KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür.
Həmçinin təəssüflə vurğulanmışdır ki, sözügedən tok-şounun aparıcısı və bu "tamaşa"nın birbaşa iştirakçılarından biri "Vahid Rusiya" fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonovdur. Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna ziddir, eləcə də ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə zərər yetirir.
Səfirlik bir daha Rusiya tərəfinin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müvafiq müddəalarında strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən və dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətdən çəkinməyə çağırış əks olunmaqla, separatizmə qarşı mübarizədə birgə səylər göstərilməsi nəzərdə tutulur.
Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etmişdir.
Xeberler
İlham Əliyev “Made in Azerbaijan” brendi ilə bağlı fərman imzaladı

İlham Əliyev “Made in Azerbaijan”...

Xeberler
Astan Şahverdiyev “Viaqra”dan ölüb (İDDİA)

Astan Şahverdiyev “Viaqra”dan ölüb...

Xeberler
Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı...

Xeberler
Adnana görə azyaşlı oğlunu tərk etdi - İllər sonra görəndə görəndə...

Adnana görə azyaşlı oğlunu tərk...

Xeberler
ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək – VİDEO

ŞAD XƏBƏR: Kartlarda saxlanılan...

Xeberler
Daha ölümcül koronavirus növü tapıldı: Növbəti pandemiya başlaya bilər

Daha ölümcül koronavirus növü...

Комментарии (0)