09:11 Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib   ///     08:44 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN   ///     08:43 Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA   ///     07:33 Bakıda və Abşeron yarımadasında leysan olacaq - XƏBƏRDARLIQ   ///     12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///     09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///    

Bakıda süpürgəçini vurub öldürən sürücü həbs edildi

Bakıda süpürgəçini vurub öldürən sürücü həbs edildi
Bakıda süpürgəçini vurub öldürən sürücü həbs edildi


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda süpürgəçi qadını vurub öldürən "KamAZ" markalı avtomobilin sürücüsü Zaur Musayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

MAY.AZ report-a istinadla xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Z.Musayevin barəsəsində polisin nəzarəti qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə bu il martın 27-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Həmin ərazidə "KamAZ" markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra məhkəmə sürücü barəsəsində polisin nəzarəti qətimkan tədbiri seçib və o, sərbəst buraxılıb.
Xeberler
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb...

Xeberler
Pivə həvəskarlarına şad xəbər - CƏRİMƏNİ LƏĞV ETDİLƏR

Pivə həvəskarlarına şad xəbər -...

Xeberler
Əhaliyə şad xəbər - Ailə Məcəlləsinə vacib dəyişiklik edildi

Əhaliyə şad xəbər - Ailə...

Xeberler
Ukraynada hərbi vəziyyət elan olundu

Ukraynada hərbi vəziyyət elan olundu...

Xeberler
Bakıda müəllim şagirdi döyüb - İddia

Bakıda müəllim şagirdi döyüb - İddia...

Xeberler
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR?

Hazırda Azərbaycanda kütləvi...

Комментарии (0)