11:12 İlham Əliyev quru sərhədlərimizin bağlı olmasından DANIŞDI   ///     09:48 İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi   ///     09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///    

Güclü meteor yağışı olacaq: 110-a qədər "ulduz axacaq"

Güclü meteor yağışı olacaq: 110-a qədər "ulduz axacaq"
Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi pik həddə çatacaq. Lakin Aydan gələn işıq səbəbindən onun gecə səmasında tam şəkildə müşahidəsi mümkün olmayacaq.
Bu barədə Moskva Planetariyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, meteor axını dekabrın 28-dən yanvarın 12-dək aktiv olacaq və ilin əvvəlində maksimum həddə çatacaq. Astronomların ehtimalına görə, yanvarın 4-nə keçən gecə isə saatda 110-a qədər "ulduz axacaq".
"Ulduz yağışını gecə yarısından sonra daha yaxşı müşahidə etmək olar. Kvadrantid gecənin ikinci yarısında kifayət qədər hündürlüyə yüksəlir. Meteor yağışını görmək üçün səmanın şimal-şərq üfüqünə baxmaq lazımdır. Lakin bu il bu hadisəni müşahidə etmək üçün əlverişsiz şərait olacaq, çünki bu zaman Ayın bədrlənməsi başlayacaq", - deyə planetariyadan məlumat verilib.
Qeyd edilib ki, bədrlənmiş Ay səmanı işıqlandıracağı üçün uçan meteorları ayırd etmək çətinləşəcək.(Oxu.az)
Xeberler
Bakıda möhtəşəm konsert keçiriləcək - giriş pulsuzdur

Bakıda möhtəşəm konsert keçiriləcək...

Xeberler
Bakı metrosundan yalnız bu şəxslər istifadə edə biləcək

Bakı metrosundan yalnız bu şəxslər...

Xeberler
Nazirlik Sumqayıtdakı qətllə bağlı məlumat yaydı

Nazirlik Sumqayıtdakı qətllə bağlı...

Xeberler
Ermənistanla sərhəd kəndlərdə TƏXRİBAT - DSX məlumat yaydı

Ermənistanla sərhəd kəndlərdə...

Xeberler
Çörək 5 qəpik BAHALAŞDI

Çörək 5 qəpik BAHALAŞDI...

Xeberler
Rusiya-Azərbaycan sərhədi bağlandı - SƏBƏB

Rusiya-Azərbaycan sərhədi bağlandı...

Комментарии (0)