11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda Novruz bayramıdır
Azərbaycanda Novruz bayramı qeyd edilir.
MAY.AZ-ın məlumatına görə, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni "Beynəlxalq Novruz Günü" elan edib.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.
Xeberler
700 bal yığan abituriyentləri siz də tanıyın - SİYAHI

700 bal yığan abituriyentləri siz...

Xeberler
Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ

Nazir Elinanın məktəbinə ONU...

Xeberler
Bakıda bomba həyəcanı: Körpünün altından partlayıcı tapıldı?

Bakıda bomba həyəcanı: Körpünün...

Xeberler
219 dərman vasitəsinin qiyməti təsdiqləndi - SİYAHI

219 dərman vasitəsinin qiyməti...

Xeberler
Ermənistan etiraf etdi: döyüşlərdə 2 əsgər, 1 zabit öldü

Ermənistan etiraf etdi: döyüşlərdə...

Xeberler
Nigar Arpadarai: "Bu il xərcimiz daha az olacaq" (EKSKLÜZİV MÜSAHİBƏ)

Nigar Arpadarai: "Bu il xərcimiz...

Комментарии (0)