10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///     11:12 İlham Əliyev quru sərhədlərimizin bağlı olmasından DANIŞDI   ///     09:48 İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi   ///     09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///    

Bakını qara maskalı qızlar bürüyüb - Nə özəlliyi var?

Bakını qara maskalı qızlar bürüyüb - Nə özəlliyi var?
Bakını qara maskalı qızlar bürüyüb - Nə özəlliyi var?


Havaların soyuq keçməsi və kəskin virus respirator xəstəliklərin yayılması ilə əlaqədar insanların birdəfəlik tibbi maska taxması da aktuallaşır. Şəhərdə, nəqliyyatda çəkinmədən ağzında tibbi maska gəzdirən gənclərə daha sıx rast gəlmək olar.

Adətən tibbi maskanı 3 məqsədlə taxırlar:

- Qrip epidamiyası dövründə, soyuq aylarda ictimai nəqliyyatda və insan çox olan yerlərdə viruslardan qorunmaq;

- İnsan özü xəstələnibsə, digərlərini qorumaq və eləcə də xəstəliyin daha da ağırlaşmasının qarşısını almaq;

- Hər hansı əməliyyatdan sonra ağız, burun hissəni örtmək, qorumaq;

- Eləcə də onkoloji və leykoz xəstələri hər hansı mikroba tutulmamaq və sterilliyi qorumaq məqsədilə bu maskalardan istifadə edir.

Maskaların təsir müddəti cəmi bir neçə saatdır.

Son günlər isə şəhərdə əvvəl adət etdiyimiz ağ tibbi maska əvəzinə qara rəngdə maska taxan gənclərə rast gəlirik və sanki qara maska taxmaq trend halını alıb.

Qara maska ilə ağ maskanın fərqi nədir və hər hansı özəlliyi varmı?

MAY.AZ medicina.az-a istinadən bildirir ki, qara maskanın özəlliyini öyrənmək üçün apteklərlə əlaqə saxlanılıb. Əslində qara rəngdə tibbi maskanın ağdan heç bir fərqi yoxdur. Hər ikisi 10 qəpikdir, materialı eynidir, heç bir üstün cəhəti ilə seçilmir. İnsanların qara maska seçməsinin əsas səbəbi geyimləri ilə uyğunluq təşkil etmək istəyidir. Belə ki, ağ rəng qış aylarında daha çox gözə çarpır. İnsanlar isə qışda geyimləri adətən tünd və qara rənglərdə seçirlər. Buna görə də qara maska anidən trendə çevrilib.

Hər iki maska sintetik materildan hazırlanır, bakterial effektivliyi 90% olur. Tibbi maskanı ən geci 3 saatdan bir dəyişmək lazımdır.

Qara rəng maskalarla bağlı müxtəlif fikirlər səsləndirilir. İnsanlar qara maskanın gənclər tərəfindən fərqli görünmək üçün istifadə edildiyini düşünür. Gənclər isə ağ rəng maskada özlərini narahat hiss etdiklərini bildirirlər.
Xeberler
İrəvandakı silahlı qrup “Ermənistanı azad etmək” niyyətindədir

İrəvandakı silahlı qrup...

Xeberler
Metronun nə zaman fəaliyyətə başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Metronun nə zaman fəaliyyətə...

Xeberler
Bu qurumlarda bir həftə iş olmayacaq

Bu qurumlarda bir həftə iş olmayacaq...

Xeberler
Gənclər cəbhəyə sevinclə yollanır: "Sanki döyüşə yox, toya gedirik"

Gənclər cəbhəyə sevinclə yollanır:...

Xeberler
Səfərbərlik Xidmətindən əhaliyə müraciət - VİDEO

Səfərbərlik Xidmətindən əhaliyə...

Xeberler
“Space”də alpinistlərlə bağlı yalan məlumat verilməsinə RƏSMİ MÜNASİBƏT

“Space”də alpinistlərlə bağlı yalan...

Комментарии (0)