11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakının bu ərazilərinə yeni marşrutlar istifadəyə verilib

Bakının bu ərazilərinə yeni marşrutlar istifadəyə verilib

Bu gündən Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

Bu barədə BiG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Hövsan qəsəbəsini (MİDA) "28 May" metro stansiyası və "Əhmədli" metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.

Sürətli sərnişin daşınmasını təmin edəcək 121E və 140E nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq.

Marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək.

"28 May" metro stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçiriləcək. Qeyd edilən marşrutlar üzrə müasir "Avro 6" standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək.

Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.

Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib.

Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.

Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.


Xeberler
Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq

Peşə məktəblərinə qəbul üçün əlavə...

Xeberler
Azərbaycan polisi əməliyyat keçirdi – Saxlanılanlar var

Azərbaycan polisi əməliyyat keçirdi...

Xeberler
Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama

Bakıda toydan çıxan qadınlara hücum...

Xeberler
Azərbaycanda siqaret istehsalı kəskin artacaq - PROQNOZ

Azərbaycanda siqaret istehsalı...

Xeberler
Bütün dünya bu qadının ölümündən danışır - FOTO

Bütün dünya bu qadının ölümündən...

Xeberler
Bu tarixdən dizel və "Aİ-92″ markalı benzin bahalaşacaq

Bu tarixdən dizel və "Aİ-92″...

Комментарии (0)