11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda qəribə olay: suda boğulan gənc xilas olunub həbs edildi

Azərbaycanda qəribə olay: suda boğulan gənc xilas olunub həbs edildi
Azərbaycanda qəribə olay: suda boğulan gənc xilas olunub həbs edildi


Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, texniki-müşa­hidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

DSX-dən May.Az-a verilən məlumata görə, 19 iyul tarixində saat 22:00 radələrində Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqa­mətdə dərhal axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək 20 iyul 2016-cı il tarixdə saat 05:15 radələrində sahilə çıxarılıb.

Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən 07 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddə­si ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib.

Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.
Xeberler
Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq

Peşə məktəblərinə qəbul üçün əlavə...

Xeberler
Azərbaycan polisi əməliyyat keçirdi – Saxlanılanlar var

Azərbaycan polisi əməliyyat keçirdi...

Xeberler
Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama

Bakıda toydan çıxan qadınlara hücum...

Xeberler
Azərbaycanda siqaret istehsalı kəskin artacaq - PROQNOZ

Azərbaycanda siqaret istehsalı...

Xeberler
Bütün dünya bu qadının ölümündən danışır - FOTO

Bütün dünya bu qadının ölümündən...

Xeberler
Bu tarixdən dizel və "Aİ-92″ markalı benzin bahalaşacaq

Bu tarixdən dizel və "Aİ-92″...

Комментарии (0)