11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Nuşirəvan Məhərrəmli: “ANS ÇM-in yayımı bərpa olunmayacaq”

Nuşirəvan Məhərrəmli: “ANS ÇM-in yayımı bərpa olunmayacaq”
Nuşirəvan Məhərrəmli: “ANS ÇM-in yayımı bərpa olunmayacaq”


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin və radiosunun yayımının dayandırılmasına münasibət bildirib.

Şura sədri N.Məhərrəmli Publika.az-a açıqlamasında deyib ki, artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri məhkəməyə təqdim edib: "Biz ANS televiziya kanalı və şirkətə daxil olan digər strukturlarla bağlı fikrimizi dəfələrlə bildirmişik. Artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri, həmçinin ittiham ərizəsini məhkəməyə təqdim edib. Hazırda bu istiqamətdə məhkəmə iş aparır. İnanıram ki, məhkəmə də bu istiqamətdə araşdırma aparıb, hüquqi qiymət verəcək. Biz sadəcə olaraq öz səlahiyyətlərimiz çərçivəsində üzərimizə düşən işi görmüşük”.

N.Məhərrəmli ANS radiosunun yayımının dayandırılmasının səbəblərinə də toxunub: "ANS radiosunun bağlanılması tam qanuna uyğun addımdır. Bilirsiniz ki, mövcud qanunvericiliyə görə, hər hansı televiziya və ya radio qurumunun bir il ərzində 3-dən çox məsuliyyət tədbiri varsa, onun bağlanılması ilə bağlı Milli Televiziya və Radio Şurasının hüququ və səlahiyyətləri vardır. Ona görə də biz öz hüququmuzdan istifadə edərək, ANS radiosunun yayımını dayandırmışıq. Onu da qeyd edim ki, ANS-in 161 min manata qədər cəriməsi var. Çox təəssüf ki, bu cərimə hələ də ödənilməyib.

Bu cərimə ödənilən halda belə ANS radiosunun yayımı bərpa olunmayacaq. Artıq biz bu hüquqdan istifadə etmişik. Cərimə isə əlavədir”.

N.Məhərrəmli "Milli Televiziya və Radio Şurası ANS-in yayımının dayandırılması ilə bağlı keçirdiyi iclasdan sonra telekanal rəhbərliyindən sizinlə əlaqə saxlayan olubmu?” sualını isə belə cavablandırıb: "ANS televiziya kanalı və radiosunun yayımı dayandırıldıqdan sonra bu şirkətin rəhbərliyi ilə hər hansı əlaqəm olmayıb. Onlarla hər hansı əlaqə saxlamıram”.

Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media” Şirkətinin, həmçinin, telekanalla birlikdə "ANS ÇM” radiosunun fəaliyyəti dayandırılıb. Buna səbəb ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi olub.
Xeberler
Gömrük Komitəsinin sədri: "Gecə qara, cücə qara" məsələsi yığışdırılıb

Gömrük Komitəsinin sədri: "Gecə...

Xeberler
Milli Şuranın 2 noyabr mitinqinə icazə verildi

Milli Şuranın 2 noyabr mitinqinə...

Xeberler
Azərbaycanda 5 gün İŞ OLMAYACAQ

Azərbaycanda 5 gün İŞ OLMAYACAQ...

Xeberler
Azad Rəhimov: “Ledi Qaqaya 1 milyon dollar vermişdik”

Azad Rəhimov: “Ledi Qaqaya 1 milyon...

Xeberler
Yol polisindən hava şəraiti ilə bağlı müraciət

Yol polisindən hava şəraiti ilə...

Xeberler
В Баку завершен ремонт на улице Магеррама Сеидова - ВИДЕО

В Баку завершен ремонт на улице...

Комментарии (0)