11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Ətin qiyməti bahalaşdı

Ətin qiyməti bahalaşdı
Ətin qiyməti bahalaşdı


Avqustun 1-dən mal əti 0,50 manat və ya 6,6% bahalaşaraq 1 kq-ı 8 manata çatıb.

May.Az Turan-a istinadən xəbər verir ki, bu, son iki ayda ikinci bahalaşmadır. İyunda ət 0,50 manat - 7 manatdan 7,50 manata və ya 7,1% bahalaşmışdı.

Ət ötən illər iyun-iyulda 7 manatdan 7,50 manata bahalaşıb. 2014-cü ilin avqust-sentyabrında Bakı və rayonlarda mal əti 8 manatdan 8,5 manata qədər bahalaşıb, sonra 7 və 7,5 manata düşüb. 2015-ci ilin yanvarında isə ətin qiyməti 7 manata düşüb.

Mal əti 2012-ci ilin sonu, 2013-cü ildə 9 manata qədər bahalaşmışdı. Ekspertlərin fikrincə, indiki bahalaşma toy mövsümü ilə bağlıdır. Ona görə avqust-sentyabrda qiymətlər 8,50 - 9 manata qədər arta bilər.

Hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə bağlı yem və digər xərclər bahalaşır. Digər tərəfdən istehlakçıların ödəniş qabiliyyəti azalır.

Neft bumu dövründə – 2008-2014-cü illərdə ölkədə 1 nəfərə 31 kq ət düşüb. Bu göstəricidə mal ətinin payı 30%-ə yaxın olub. İndi bu göstərici azalır. Ticarətçilər mal ətinin aşağı likvidliyindən şikayətlənir.
Xeberler
Sabahdan hava dəyişəcək - XƏBƏRDARLIQ

Sabahdan hava dəyişəcək -...

Xeberler
Daha ölümcül koronavirus növü tapıldı: Növbəti pandemiya başlaya bilər

Daha ölümcül koronavirus növü...

Xeberler
Azərbaycan manatı 26 yaşında

Azərbaycan manatı 26 yaşında...

Xeberler
Arvadının başını qırxıb videosunu internetdə yayan kişini hansı cəza gözləyir?

Arvadının başını qırxıb videosunu...

Xeberler
Cəbhədə atışma: Ermənilər Qazaxı atəşə tutdu

Cəbhədə atışma: Ermənilər Qazaxı...

Xeberler
Zəngilan Beynəlxaq Hava Limanı Azərbaycana nələr qazandıracaq?

Zəngilan Beynəlxaq Hava Limanı...

Комментарии (0)