11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda iki gündə 21 min sürücü cərimələndi

Azərbaycanda iki gündə 21 min sürücü cərimələndi
Azərbaycanda iki gündə 21 min sürücü cərimələndi


Avqustun 1-i və 2-də respublika yollarında keçirilən reydlər nəticəsində 21029 nəfər sürücü inzibati məsuliyyətə cəlb olunub.

May.Az-in məlumatına görə, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, 154 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 11 mindən çoxu isə sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub.

Şöbə rəisi bildirib ki, reydlər avqustun sonuna qədər davam edəcək: "Respublika ərazisində reydlər təşkil olunub. Reydlər yalnız şənbə və bazar günləri deyil, həftə boyu bütün regionlarda keçirilir. Sürücülərimiz yola çıxmazdan əvvəl nəzərə alsınlar ki, yay mövsümündə, xüsusilə də avqust ayında məzuniyyətdə olan insanların sayı daha çoxdur və yollarda hərəkətin intensivliyi də kifayət qədər artır. Sürücülərin yol hərəkəti qaydalarına riayət etmələri mühüm əhəmiyyət daşıyır. İl ərzində ən çox yol-nəqliyyat hadisələri məhz iyul-avqust aylarına təsüdüf edir. Yollarda hərəkətin intensiv olması, intizamsız sürücülərin yol-hərəkəti qaydalarını kobud şəkildə pozmaları, bəzən istirahət mərkəzindən qayıdan insanların sərxoş vəziyyətdə sükan arxasına oturmaları, sürət həddinə əməl etməmələri və digər bu kimi qayda pozuntuları son nəticədə ağır qəzalara gətirib çıxarır”.

K.Əliyev deyib ki, belə halların qarşısını almaq üçün yol polisinin bütün şəxsi heyəti artıq səfərbər olunub və regionlarda reydlər gündəlik keçiriləcək: "Sürücülərdən xahişimiz odur ki, yola çıxarkən bu qaydalara, yollarda sürət həddinə ciddi riayət etsinlər, özlərinin və avtomobildə olan sərnişinlərin, ailə üzvlərinin həyatını təhlükəyə atmasınlar”.
Xeberler
Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq

Peşə məktəblərinə qəbul üçün əlavə...

Xeberler
Azərbaycan polisi əməliyyat keçirdi – Saxlanılanlar var

Azərbaycan polisi əməliyyat keçirdi...

Xeberler
Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama

Bakıda toydan çıxan qadınlara hücum...

Xeberler
Azərbaycanda siqaret istehsalı kəskin artacaq - PROQNOZ

Azərbaycanda siqaret istehsalı...

Xeberler
Bütün dünya bu qadının ölümündən danışır - FOTO

Bütün dünya bu qadının ölümündən...

Xeberler
Bu tarixdən dizel və "Aİ-92″ markalı benzin bahalaşacaq

Bu tarixdən dizel və "Aİ-92″...

Комментарии (0)