11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycan polisi üçün yeni avtomobillər (FOTO)

Azərbaycan polisi üçün yeni avtomobillər (FOTO)
Azərbaycan polisi üçün yeni avtomobillər (FOTO)


"Bu Azərbaycanın Dövlət Yol Polisi üçün hazırladığı yeni xidməti avtomobilin dizaynıdır. Yeni layihəmi Daxili İşlər Nazirliyinə təqdim edəcəm".

Bunu Milli.Az-a açıqlamasında "AZERANT" adlı ilk milli avtomobilin seriya modellərinin dizayn müəllifi Ramil Nəcəfov bildirib.

Onun sözlərinə görə, "AZERANT"ın yeni xüsusi modelinin dizayn layihəsi həmin avtomobillərin Yol Patrul Xidməti tərəfindən istifadəsi üçün nəzərdə tutulub.

Müəllif deyir ki, o, layihəni müasir avtomobil texnologiyaları mühəndisliyi və öz təcrübəsinə əsaslanaraq hazırlayıb: "Bu, digər polis avtomobillərindən qeyri-adi dizaynı ilə seçilir və iti dizayna malik sedan modeldir. Avtomobilin 2.2 litr həcmli, 200 at gücü ilə turbinləşmiş atmosfer mühərriki ola bilər. Avtomobilin şossedəki maksimal sürəti 275 km/saat, fırlanma anı 200 nm təşkil edə bilər. Avtomobildə nömrəoxuma sistemi, müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr uzaqlıqlı "infrared" işıqlandırma sistemi və GPS modulu, daxili kompüter qurğusu quraşdırıla bilər. Ümid edirəm ki, Azərbaycanın Neftçalada yeni təməli qoyulmuş avtomobil zavodunda gələcəkdə milli avtomobil modelləri də istehsal ediləcək".

Xatırladaq ki, Ramil Nəcəfov ilk milli avtomobil layihəsi olan "AZERANT"ın, həmçinin əlillər üçün nəzərdə tutulan "AZ 200" və hərbi təyinatlı "AZERANT İSTİQLAL" (Azerant L 2.800), qadınlar üçün "MİLLİ", "TIR M" yük avtomobillərinin, eləcə də "XƏZ-747" bombardmançı-qırıcı təyyarə modellərinin dizayn layihələrinin müəllifidir.

Qeyd edək ki, 1992-ci ildə Şəki şəhərində anadan olan Ramil Nəcəfov Türkiyənin Isparta şəhərində Süleyman Dəmirəl Universitetində dizayn ixtisası üzrə IV kursda qiyabi təhsil alır. Hazırda Bakıda kirayə evdə yaşayan Ramil Nəcəfov işsizdir. Onun hətta öz kompüteri də yoxdur. Gənc dizayner avtomobil modellərini əvvəlcə kağız üzərində çəkir, sonra isə orda-burda başqalarının kompüterində yığaraq hazırlayır. Ona bir sıra dövlət və özəl müəssisələrdən müxtəlif vədlər verənlər olsa da, hələlik heç nədə konkret dəstək olan yoxdur.

Azərbaycan polisi üçün yeni avtomobillər (FOTO)
Azərbaycan polisi üçün yeni avtomobillər (FOTO)
Azərbaycan polisi üçün yeni avtomobillər (FOTO)
Azərbaycan polisi üçün yeni avtomobillər (FOTO)
Azərbaycan polisi üçün yeni avtomobillər (FOTO)
Azərbaycan polisi üçün yeni avtomobillər (FOTO)
Xeberler
Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq

Peşə məktəblərinə qəbul üçün əlavə...

Xeberler
Azərbaycan polisi əməliyyat keçirdi – Saxlanılanlar var

Azərbaycan polisi əməliyyat keçirdi...

Xeberler
Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama

Bakıda toydan çıxan qadınlara hücum...

Xeberler
Azərbaycanda siqaret istehsalı kəskin artacaq - PROQNOZ

Azərbaycanda siqaret istehsalı...

Xeberler
Bütün dünya bu qadının ölümündən danışır - FOTO

Bütün dünya bu qadının ölümündən...

Xeberler
Bu tarixdən dizel və "Aİ-92″ markalı benzin bahalaşacaq

Bu tarixdən dizel və "Aİ-92″...

Комментарии (0)