11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İcra Hakimiyyəti: Bakıda “Şıx”dan başqa bütün çimərliklər pulsuzdur

İcra Hakimiyyəti: Bakıda “Şıx”dan başqa bütün çimərliklər pulsuzdur
İcra Hakimiyyəti: Bakıda “Şıx”dan başqa bütün çimərliklər pulsuzdur


“Bu istiqamətdə maarifləndirmə tədbirləri aparılır”.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda bəzi çimərlik ərazilərinin ödənişli olmasına münasibət bildirib.

May.Az-ın məlumatına görə, BŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov APA-ya açıqlamasında bildirib ki, əhalinin çimərlik ərazilərinə və sahilyanı zonalara girişi pulsuzdur:

“Bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun paytaxt çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda da əksini tapıb. “Şıx” çimərliyinin ödənişli olması sahilboyu əraziyə giriş ilə bağlı deyil. Burada xüsusi xidmət sahələri - otellər, yeməkxanalar, istirahət mərkəzləri var ki, onların ərazisinə daxil olduqda, çimərlikdən istifadə pullu hesab olunur. Ancaq digər yerlərdə çimərlik pulsuzdur və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri aparırıq”.

Ə. Abbasov xatırladıb ki, ölkə başçısı da Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam imzalayıb:

“Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanlar cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır. Bu sərəncamdan irəli gələn məsələləri Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir”.
Xeberler
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

İlham Əliyev bu şəxsləri təltif...

Xeberler
Metro bu tarixə qədər işləməyəcək

Metro bu tarixə qədər işləməyəcək...

Xeberler
Bakıda bütün taksilərə xəbərdarlıq edildi

Bakıda bütün taksilərə xəbərdarlıq...

Xeberler
AQTA: Sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması nəzərdə tutulmayıb

AQTA: Sahibkarlıq subyektlərinin...

Xeberler
Əhaliyə şad xəbər - Ailə Məcəlləsinə vacib dəyişiklik edildi

Əhaliyə şad xəbər - Ailə...

Xeberler
Mübariz İbrahimovun anası sağdır — EVİNDƏN FOTO

Mübariz İbrahimovun anası sağdır —...

Комментарии (0)