11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Dollara tələbat rekord həddədir - devalvasiya olacaq

Dollara tələbat rekord həddədir - devalvasiya olacaq
Dollara tələbat rekord həddədir - devalvasiya olacaq


Bankların dollara olan tələbatı sürətlə artır. Fins.az xəbər verir ki, Dövlət Neft Fondunun (DNF) bu gün keçirdiyi hərracda bankların dollara tələbi təklif edilən vəsaitdən 14 dəfə çox olub. Banklar ən azı 700 milyon dollar almağa hazırdılar.

Dollara tələbatın bu qədər yüksəlməsi ilk növbədə süni amillərlə bağlıdır. Əhalinin bu prosesdə rolu çox zəifdir. Əksinə bankların yaratdığı dollar ajiotajı sadə vətəndaşı da əlindəki son manatını belə dollara çevirməyə sövq edir.

Ən çox borcu olan banklar hansılardır?

Eyni zamanda Mərkəzi Bank valyuta hərracına az miqdarda dollar çıxardığından bazarda valyuta qıtlığı yaranıb. Ekspertlərin yanaşmasına görə, dollara tələbin artmasında səbəblərdən biri bankların borc öhdəlikləri ilə bağlıdır. Yəni, oktyabr ayından başlayaraq, yerli banklar xarici borclanma üzrə öhdəlikləri ödəməyə başlayacaqlar və ödəniş vasitəsi təbii ki, dollarladır. Ona görə də onlar indidən payız hazırlıqları görməyi düşünürlər.

Ən çox xarici borcu olan banklar sırasında Azərbaycan Beynəlxalq Bankı, "Bank Standart”, "Unibank”, "Bank Respublika”nın adları yer alıb.

Banklar xarici borclardan qurtulmağa çalışırlar

İqtisadçı ekspert Ramin Rəhimov bildirib ki, bankların iri həcmdə dollar tələbinin əsas səbəbi kimi xarici borclanmadan yaxa qurtarmaq istəməkləridir:
"İndiyə qədər banklar xarici borclarını qaytara bilmədikdə vaxtı uzadırdılar. Artıq limit bitib və onlar borcdan qurtarmaq istəyirlər. Üstəlik dollar bahalaşdıqca borclar da artır. Ona görə də banklar bacardıqları qədər çox dollar alaraq borclarını bağlamağa çalışırlar. Bu səbəbədən tələbi artırıblar”.

Yenə devalvasiya olacaq

R.Rəhimovun fikrincə, referendum ərəfəsində hökumət devalvasiyanı önləmək üçün tədbirlər görəcək. Ancaq FED-in uçot dərəcəsini artıracağı təqdirdə oktyabrda Azərbaycanda 3-cü devalvasiyanın baş verəcəyi qaçılmaz olacaq. "Hesab edirəm ki, devalvasiyanı ləngitmək üçün hökumət müəyyən addımlar atacaq. Bazara tələb olunan səviyyədə dollar çıxarılacaq. Sentyabra qədər dolların məzənnəsi stabilləşəcək və bir qədər aşağı enəcək”.

Uçot dərəcəsi artsa...

Ekspert dollara tələbin artmasına 2-ci səbəb kimi uçot dərəcəsinin artırılma gözləntisini göstərib: "Sentyabrda FED-in uçot dərəcəsini artıracağı gözlənilir. Bu zaman dolların minimum 1% bahalaşacağı gözlənilir. Bu zaman Azərbaycanda devalvasiya qaçılmaz olacaq. Ona görə də banklar indidən ucuz dollar almaq istəyirlər”.

R.Rəhimov hesab edir ki, banklara dollara olan tələbatını ödəmək üçün DNF 3-cü rüb üçün büdcəyə tranferlərin həcmini də artıracaq.
Xeberler
Bakı-Gəncə qatarların sürət həddi artırıldı

Bakı-Gəncə qatarların sürət həddi...

Xeberler
Azərbaycanlı deputat qəzaya düşdü - FOTO

Azərbaycanlı deputat qəzaya düşdü -...

Xeberler
Cəbhədə TƏXRİBAT - Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy ATƏŞƏ TUTULDU

Cəbhədə TƏXRİBAT - Tərtər, Ağdam,...

Xeberler
Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı

Rəis Bakıda saxlanılan...

Xeberler
Azərbaycanda həftəsonları yalnız aptek və ərzaq mağazaları işləyəcək

Azərbaycanda həftəsonları yalnız...

Xeberler
Xırdalan tuneli bağlanacaq

Xırdalan tuneli bağlanacaq...

Комментарии (0)