11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda dollara tələbatın artmasının səbəbləri açıqlandı

Azərbaycanda dollara tələbatın artmasının səbəbləri açıqlandı
Azərbaycanda dollara tələbatın artmasının səbəbləri açıqlandı


"Valyuta bazarının tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) deyil, Azərbaycan Mərkəzi Bankının (AMB) mandatında olan sahədir. Yəni, valyutaya olan tələb-təklif AMB tərəfindən tənzimlənir".

May.Az-in məlumatına görə, palatadan APA-nın sorğusuna cavab olaraq belə bildirilib. MBNP-dən qeyd edilib ki, Palata yalnız bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi 4%-lik marja koridoruna əməl etmələrinə nəzarət edir: "Yəni, banklar Mərkəzi Bankın müəyyənləşdirdiyi rəsmi məzənnədən 4% ucuz ala və 4% baha sata bilərlər. Banklar bu faiz koridorundan az və ya yüksək qiymət müəyyənləşdirə bilməz. Bu günə qədər bankların bu qaydanı pozması halları qeydə alınmayıb və bu barədə siqnal yoxdur”.

Palatadan hazırda bazarda valyutaya olan tələbatın təklifdən bir neçə dəfə çox olduğunu təsdiqləyiblər. "Biz bunu gözləyirdik, çünki yayın bitməsi və payızın gəlməsi ilə iqtisadi aktivlik artır və bir çox şirkətlərin xaricdəki tərəfdaşlarına ödəmələrin vaxtına təsadüf edir”, - deyə MNBP-dən bildirilib.

Dolların "qara bazar”da alış-satışına gəlincə, Palatadan bildirilib ki, bu, qeyri-qanuni fəaliyyətdir və bununla hüquq mühafizə orqanları mübarizə aparır: "Bizdə bu barədə məlumat olduqda biz hüquq mühafizə orqanları ilə paylaşırıq və onlar lazımi tədbirləri görürlər. Palata hüquq-mühafizə orqanı deyil. Biz yalnız lisenziya verdiyimiz qurumlara nəzarət edirik və bizim nəzarət etdiyimiz strukturlarda qanunun pozulması faktları qeydə alınmayıb və bu barədə siqnallar yoxdur. Biz buna ciddi nəzarət edirik və bunun üçün bizim öz nəzarət mexanizmlərimiz var”.
Xeberler
Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq

Peşə məktəblərinə qəbul üçün əlavə...

Xeberler
Azərbaycan polisi əməliyyat keçirdi – Saxlanılanlar var

Azərbaycan polisi əməliyyat keçirdi...

Xeberler
Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama

Bakıda toydan çıxan qadınlara hücum...

Xeberler
Azərbaycanda siqaret istehsalı kəskin artacaq - PROQNOZ

Azərbaycanda siqaret istehsalı...

Xeberler
Bütün dünya bu qadının ölümündən danışır - FOTO

Bütün dünya bu qadının ölümündən...

Xeberler
Bu tarixdən dizel və "Aİ-92″ markalı benzin bahalaşacaq

Bu tarixdən dizel və "Aİ-92″...

Комментарии (0)