11:12 İlham Əliyev quru sərhədlərimizin bağlı olmasından DANIŞDI   ///     09:48 İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi   ///     09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///    

Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ


Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MAY.AZ-a verilən məlumata görə, dekabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Tibbi-meteoroloji proqnoz dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

ETSN xəbərdarlıq edib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də axşam, 9-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyi dekabrın 9-da arabir güclənəcək.

Azərbaycanın rayonlarında dekabrın 8-də axşam, 9-da, əsasən, şimal və şərq rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi dekabrın 9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.
Xeberler
ABŞ Azərbaycan sərhədlərində dəhşətli planı işə saldı

ABŞ Azərbaycan sərhədlərində...

Xeberler / Siyasət
Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "

Prezident: "Antiterror əməliyyatı...

Xeberler / Sağlam ol
RQMM KİV üçün müsabiqə elan edir

RQMM KİV üçün müsabiqə elan edir...

Xeberler
PSJ-dən daha bir supertransfer: Neymardan sonra dünyanın ən bahalı futbolçusu

PSJ-dən daha bir supertransfer:...

Xeberler
Küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi

Küçəyə səbəbsiz çıxanlar 100 manat...

Xeberler
Ev tikmək üçün prosedur asanlaşır -VİDEO

Ev tikmək üçün prosedur asanlaşır...

Комментарии (0)