09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər

Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər


Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir.

BiG.AZ bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, Azərbaycan tektonik proseslərin intensiv getdiyi Alp-Himalay cavandağəmələgəlmə qurşağında yerləşdiyindən burada zəlzələnin təkrarlanması xarakterik hal sayılır. Respublikada Böyük-Qafqazın cənub-şərq yamacı (Şamaxı-İsmayıllı), Naxçıvan Muxtar Respublikasının orta və yüksək dağlıq ərazisi 9 bal, Böyük Qafqazın cənub yamacı, bütün Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikasının alçaq dağlıq ərazisi, Abşeron-Qobustan ərazisi 8 bal, qalan ərazilər isə 7 bala qədər seysmik zonaları əhatə edir.

Şöbə müdiri qeyd edib ki, zəlzələ hadisəsinin riskliyi nəzərə alınarsa, Azərbaycanda bu sahədə Dağlıq Şirvan iqtisadi rayonu 1-ci yeri tutur. Son 100 ildə respublika ərazisində qeydə alınan 200 zəlzələnin 40 faizi Şamaxı rayonunun payına düşür:

"Aparılan tədqiqatlar göstərir ki, bu regionda güclü zəlzələlərin təkrarlanması 30-50, bəzən də 100 ildə bir dəfə baş verə bilər".

Alim əlavə edib ki, Azərbaycanda güclü zəlzələ ocaqları Xəzər dənizinin cənubu, cənub-şərqi, şimal hissələrini əhatə edir. Potensial gücə malik zəlzələ ocaqları (9 bala qədər) Xəzər dənizində yerləşdiyindən respublikanın digər regionları ilə müqayisədə Abşeronda, o cümlədən Bakı şəhər aqlomerasiyasında hətta 5-6 ballıq zəlzələlər təsərrüfat sahələrinə və əhali məskunlaşmasına ciddi ziyan vura bilər.
Xeberler
DİQQƏT, TƏHLÜKƏLİDİR! Oyuncaqdan imtina edən uşaqlar BUNA MARAQ GÖSTƏRİR - VİDEO

DİQQƏT, TƏHLÜKƏLİDİR! Oyuncaqdan...

Xeberler
Prezident: "Danışıqları elə aparırdıq ki, məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək"

Prezident: "Danışıqları elə...

Xeberler
Bankomatdan 155 min manat oğurlandı

Bankomatdan 155 min manat oğurlandı...

Xeberler
Qərar verildi: Bütün dünyada oruc bir gün artıq tutulacaq

Qərar verildi: Bütün dünyada oruc...

Xeberler
Azərbaycanda banklar dolların qiymətini kəskin ucuzlaşdırdı

Azərbaycanda banklar dolların...

Xeberler
Bu gündən Bakı metrosu beş saat işləyir - VİDEO

Bu gündən Bakı metrosu beş saat...

Комментарии (0)