11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Dollar kreditləri ilə bağlı unikal təklif

Dollar kreditləri ilə bağlı unikal təklif
Dollar kreditləri ilə bağlı unikal təklif


"Dolların manata nisbətən həm rəsmi, həm də bazar məzənnəsinin yüksəlməsi xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür. Bu eyni zamanda, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. Güman olunur ki, dolların bahalaşması problemli kreditlərin həcmini daha artıracaq".

May.Az-in məlumatına görə, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Vüqar Bayramov söyləyib. Onun sözlərinə görə, ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılması mümkündür:

"Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsi vacibdir. Bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması və o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür".

Ekspert hesab edir ki, nəticədə bu, ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər: "Qeyd edim ki, bu proqram ilə bağlı təkliflərimi artıq hökumətə təqdim etmişəm və inanmaq istərdim ki, bu istiqamətdə fəaliyyət güclənəcək".

Şahin Həbibov
Xeberler
Sabahdan hava dəyişəcək - XƏBƏRDARLIQ

Sabahdan hava dəyişəcək -...

Xeberler
Daha ölümcül koronavirus növü tapıldı: Növbəti pandemiya başlaya bilər

Daha ölümcül koronavirus növü...

Xeberler
Azərbaycan manatı 26 yaşında

Azərbaycan manatı 26 yaşında...

Xeberler
Arvadının başını qırxıb videosunu internetdə yayan kişini hansı cəza gözləyir?

Arvadının başını qırxıb videosunu...

Xeberler
Cəbhədə atışma: Ermənilər Qazaxı atəşə tutdu

Cəbhədə atışma: Ermənilər Qazaxı...

Xeberler
Zəngilan Beynəlxaq Hava Limanı Azərbaycana nələr qazandıracaq?

Zəngilan Beynəlxaq Hava Limanı...

Комментарии (0)