09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///     10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///    

Əmlakını sığorta etdirməyən şəxslər hansı qurum tərəfindən cərimələnəcək? - VİDEO

Əmlakını sığorta etdirməyən şəxslər hansı qurum tərəfindən cərimələnəcək? - VİDEO
Əmlakını sığorta etdirməyən şəxslər hansı qurum tərəfindən cərimələnəcək? - VİDEO


Növbəti ildən etibarən evlərini sığorta etdirməyən şəxslər hər 20 gündən bir cərimə ediləcəklər.

Xezerxeber.az-ın məlumatına görə, 2020-ci il yanvar ayının 1-dən etibarən əmlakın icbari sığortalanmasına nəzarət daha da gücləndiriləcək.

Sığorta məsələləri üzrə ekspert Tural Şükürov deyib ki, mülkiyyətində və faktiki sahibliyində daşınmaz əmlak olan bütün vətəndaşlar, sahibkarlar və hüquqi şəxslər sığorta müqaviləsini məcburi qaydada baglamalıdır.

Ekspert cərimələrin kim tərəfindən edilməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, fiziki şəxslər yerli icra orqanları, hüquqi şəxslər isə Fövqəladə Hallar Nazirliyi tərəfindən cərimə ediləcək. Yaxın gələcəkdə gözlənilir ki, əmlak bazası İcbari Sığorta Bürosuna inteqrasiya edilsin. Bu zaman sığorta cərimələri avtomatik qaydada həyata keçiriləcək.

Ekspert deyib ki, əmlakı sığorta etdirmək üçün hansısa sığorta şirkətinə getmək şərt deyil. İstənilən sığorta şirkəti ilə əlaqə saxlayıb onları ünvana dəvət etmək kifayətdir.

Yalnız qəzalı, tikintisi başa çatmayan, özbaşına tikili və sökülməsi nəzərdə tutulan əmlak sığortalana bilməz.

Xatırladaq ki, aztəminatlı ailələr əmlakın icbari sığortası ödənişindən azaddırlar. Onların əmlakının sığorta haqqını dövlət qarşılayır. Bunun üçün onların sığorta şirkətinə müraciət etməsi yetərlidir.
Xeberler
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin...

Xeberler
Gülər Əhmədovanın Azərbaycandan çıxmasına qoyulan qadağa ləğv olunub

Gülər Əhmədovanın Azərbaycandan...

Xeberler
"Ölkədə o qədər camış yoxdur…" - Qatıq bilib yediyimiz nədir? - VİDEO

"Ölkədə o qədər camış yoxdur…" -...

Xeberler
Eldar Mahmudov həbs olunacaq

Eldar Mahmudov həbs olunacaq...

Xeberler
Mətbuat Şurası mitinqə görə jurnalistlərə və polislərə müraciət etdi

Mətbuat Şurası mitinqə görə...

Xeberler
Azərbaycanlı müğənni bulvardan video yaydı, məsələ nəzarətə götürüldü

Azərbaycanlı müğənni bulvardan...

Комментарии (0)