11:41 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ   ///     09:11 Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib   ///     08:44 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN   ///     08:43 Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA   ///     07:33 Bakıda və Abşeron yarımadasında leysan olacaq - XƏBƏRDARLIQ   ///     12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///     09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///    

Azərbaycanda 350 məhbus azadlığa buraxıldı

Azərbaycanda 350 məhbus azadlığa buraxıldı
Azərbaycanda 350 məhbus azadlığa buraxıldı


Amnistiya aktı bu gün 350 məhbusa şamil edilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Onlardan 216-sı Bakı şəhəri, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad edilib. Azadlığa buraxılan 350 nəfərdən 9-u qadındır.

Amnistiya aktının icrası Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər prokurorluğunun məsul əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə həyata keçirilib.

Amnistiya aktının icrası davam edir.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.

Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
Xeberler
SOCAR-ın vitse-prezidenti: "Neft-kimya strategiyamızın əsas istiqaməti yüksək əlavə dəyər yaradan məhsullar istehsal etməkdir" - MÜSAHİBƏ

SOCAR-ın vitse-prezidenti:...

Xeberler
YAP erməni təxribatları ilə bağlı bəyanat yaydı

YAP erməni təxribatları ilə bağlı...

Xeberler
Sosial şəbəkədə yayılan video ilə bağlı - Səhiyyə Nazirliyindən açıqlama

Sosial şəbəkədə yayılan video ilə...

Xeberler
"McDonald's" övladlarımızı zəhərləyir - Niyə yerli və sağlam qidalar olmasın?!

"McDonald's" övladlarımızı...

Xeberler
Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR...

Xeberler
Dollar ucuzlaşdı - Rəsmi məzənnə açıqlandı

Dollar ucuzlaşdı - Rəsmi məzənnə...

Комментарии (0)