11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Təhsil nazirindən Bilik Günü təbriki

Təhsil nazirindən Bilik Günü təbriki
Təhsil nazirindən Bilik Günü təbriki


"Əziz müəllimlər, şagirdlər və valideynlər, sizi 15 sentyabr - "Bilik günü” münasibətilə təbrik edir, cansağlığı və uğurlar arzulayıram. Yeni tədris ili bizim ən böyük dəyərlərimizdən biri olan – müstəqillik tariximizin 25-ci ilinə təsadüf edir. Hər bir xalqın inkişafının ən böyük zirvəsi müstəqil dövlətə malik olmaqdır. Bu tarix həm də müstəqil ölkəmizin maarif, mədəniyyət tarixidir. Ulu öndərimizin sözləri ilə desək, müstəqillik illərində Azərbaycan dünyaya günəş kimi doğdu. Bu tarixdə yüz minlərlə şagird ilk dəfə məktəbə qədəm qoyub, məzun olub, tələbə adını qazanıb, əmək bazarında peşəkar vərdişlərini və ən əsası vətəndaş kimliyini təsdiq edib".

May.Az-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bilik Günü ilə bağlı müraciətində bildirib. Nazir şagirdlər və tələbələrə müraciətdində qeyd edib ki, bu gün sizin təhsildə əldə etdikləriniz – layiqli vətəndaş mövqeyiniz, milli-mənəvi dəyərlər ruhunda yetişməyiniz və qazandığınız peşəkar bilik-bacarıqlar, sabahımız üçün möhkəm bünövrədir:

"Yeni əsrin ən böyük dəyəri biliyini bacarığa çevirə biləcək insandır. O bilik ki, bu gün daha əlyetəndir, daha nisbidir. Biz bu bilikdən nə qədər pay alarıqsa, o qədər güclü ola bilərik. Əziz müəllimlər, məktəb həyatın özüdür. Bütün çağırışların kökü məktəbdən başlayır. Biz burada böyüyürük, kamilləşirik, şəxsiyyət oluruq. Hamımızın əsas missiyası bu məkanı daim uca tutmaqdır. Əziz valideynlər, məktəbdə sağlam mühitin qorunub saxlanmasında, tədris nailiyyətlərinin artmasında sizin özünəməxsus yeriniz var. Təhsilin ən dayanıqlı bünövrəsi, məktəb-valideyn, məktəb-müəllim, məktəb-şagird üçbucağı olarsa, uğur da davamlı olacaq. Bir daha yeni tədris iliniz uğurlu olsun".
Xeberler
Bakı-Gəncə qatarların sürət həddi artırıldı

Bakı-Gəncə qatarların sürət həddi...

Xeberler
Azərbaycanlı deputat qəzaya düşdü - FOTO

Azərbaycanlı deputat qəzaya düşdü -...

Xeberler
Cəbhədə TƏXRİBAT - Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy ATƏŞƏ TUTULDU

Cəbhədə TƏXRİBAT - Tərtər, Ağdam,...

Xeberler
Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı

Rəis Bakıda saxlanılan...

Xeberler
Azərbaycanda həftəsonları yalnız aptek və ərzaq mağazaları işləyəcək

Azərbaycanda həftəsonları yalnız...

Xeberler
Xırdalan tuneli bağlanacaq

Xırdalan tuneli bağlanacaq...

Комментарии (0)