DataLife Engine / Azərbaycana yay gəldi

Azərbaycana yay gəldi

Azərbaycana yay fəsli gəlib.

Oxu.Az xəbər verir ki, yayın Azərbaycana gəlişi Bakı vaxtı ilə saat 00:50:56-da baş verib.

Bu gündən Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olacaq. Bu gün həm də ən uzun gündüz və ən qısa gecə yaşanacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.

İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr uzanmağa başlayacaq.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.

Əzizə İsmayılova

21-06-2024, 07:21
Вернуться назад