DataLife Engine / Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib

Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib

Ötən gün Lökbatan qəsəbəsindəki palçıq vulkanı növbəti dəfə püskürüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

İlkin məlumatlara görə, püskürmə zamanı ətrafa heç bir ciddi ziyan dəyməyib. Vulkanın yaratdığı palçıq axını ətrafa yayılıb.

Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakı şəhərindən 12-15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşəir. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv 5 palçıq vulkanından biridir.


Вчера, 09:11
Вернуться назад