Dənizkənarı Milli Parkda insanın Ay səthinə ilk qədəm qoymasının 50 illiyinə həsr olunmuş marafon qaçışı keçiriləcək.
“Report” xəbər verir ki, qaçış "Azərkosmos" ASC-nin dəstəyi ilə 21 İyul saat 19:30-da başlayacaq.
Qaçışı uğurla başa vuranlar üçün dörd maraqlı mükafat nəzərdə tutulub.
Marafon "Bulvard otel"in önündən başlayaraq Xalça Muzeyinə, oradan isə yenidən otelin önünə qədər 10 km-lik məsafəni əhatə edəcək.
Yarışda iştirak etmək istəyən şəxslərdən özü ilə qaçış üçün lazım olan ləvazimatlar götürmək xahiş olunur.