DataLife Engine / Həbibdən növbəti qələbə - VİDEO

Həbibdən növbəti qələbə - VİDEO



Onun hesabında 28 döyüşə 28 qələbə yazıldı



Həbib Nurməhəmmədov yüngül çəkidə UFC çempionluq titulunu qoruyub. Avtosfer.az xəbər verir ki, sentyabrın 7-si Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən UFC 242 turnir çərçivəsində rəqibi amerikalı Dastin Poryeyə qalib gəlib. Döyüş 3-cü raundun ortasında dağıstanlının boğucu fəndi ilə dayandırılıb.
Beləliklə, Nurməhəmmədovun peşəkar səviyyədə keçirdiyi qarışıq döyüş növləri üzrə hesabına 28 döyüşə 28 qələbə yazıldı.
Poryenin isə bu karyerası ərzində 6-cı məğlubiyyətidir. Onun aktivində 25 qalibiyyəti var.

Namiq Musayev


8-09-2019, 17:42
Вернуться назад