09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu

Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu
Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu


Rusiyanın Altay vilayətində uşaqlı qadının yol pulunu verən məktəbli oğlan milyoner olub.

RİA Novosti agentliyinin xəbərinə görə, Kamen-na-Obi şəhərində bloqer Nataliya Mişina uşağı ilə avtobusa minib.

Avtobusda uşaq dəcəllik edib və gediş haqqını ödəmək qadının yadından çıxıb. Daha sonra o, pulun başqa bir sərnişin tərəfindən ödənildiyini öyrənib.

Məlum olub ki, bu jesti edən şəxs anası ilə yaşayan yeddinci sinif şagirdidir.

Uşaq bu xoşməramlı addımı ailəsindən insanların bir-birinə kömək etməsi lazım olduğunu öyrəndiyi üçün elədiyini deyib.

Bloqer bildirib ki, məktəblinin atası yoxdur, anası onu tək böyüdür. O, rəsm çəkməyi sevir, amma Rəssamlıq məktəbində oxumağa maddi imkanı çatmır.

Nataliya Mişina uşağın maddi ehtiyaclarının ödənilməsinə kömək məqsədilə “Instagram” hesabında pul toplanması üçün elan yerləşdirib. Bu məqsədlə iki min adamın iştirakı ilə 1,5 milyon rubl (41,550 AZN) pul yığılıb.

Uşağın anası bildirib ki, o, bu pulla oğluna mənzil alacaq.

Mənbə: oxuaz
Maraqlı ve Meslehetli
Körpələrə nə qədər duz vermək olar?

Körpələrə nə qədər duz vermək olar?...

Maraqlı ve Meslehetli
Cümə günü, ayın 13-ü: ilin sonuncu "qara" günündən nəyi gözləmək olar?

Cümə günü, ayın 13-ü: ilin sonuncu...

Maraqlı ve Meslehetli
Əllərinizi nar ləkəsindən asanlıqla təmizləyəcək MƏHSUL

Əllərinizi nar ləkəsindən asanlıqla...

Maraqlı ve Meslehetli
Soyuq duş və dənizə girmək ürək xəstələrinə ziyandır - İnfarkt ola bilər

Soyuq duş və dənizə girmək ürək...

Maraqlı ve Meslehetli
Alimlər saçların ağarmasının səbəbini aşkar ediblər

Alimlər saçların ağarmasının...

Maraqlı ve Meslehetli
Bu dəfə tərsinə: Fironlardan "Simpsonlar" barədə "proqnoz" ortaya çıxdı

Bu dəfə tərsinə: Fironlardan...

Комментарии (0)