09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Azərbaycanın itirdiyi torpaqlar - Tarix

Azərbaycanın itirdiyi torpaqlar - Tarix
Azərbaycanın itirdiyi torpaqlar - Tarix


MAY.AZ Azərbaycanın XIX əsrdən indiyədək nə qədər ərazisinin zəbt olunması haqqında tarixçi Tariyel Faziloğlunun hazırladığı məlumat toplusunu bir daha oxucuların nəzərinə çatdırır:

1813-1828-ci illərdə baş vermiş müharibələr nəticəsində Çar Rusiyası Qacar dövlətinin Araz çayından şimal sahilindəki ərazilərini (130 min kv. km) işğal edib. İşğal nəticəsində təxminən 1,8 mln kv. km olan ərazimiz iki hissəyə bölünüb.

1. İşğaldan sonra Qacar dövlətinin Araz çayından cənubdakı ərazisi - təxminən 1,65 mln kv. km;

2. Qacar dövlətinin Çar Rusiyası tərəfindən işğal olunmuş Araz çayından şimaldakı ərazisi - təxminən 130 min kv. km;

3. 1918-ci ildə təzyiq nəticəsində ermənilərə verilən İrəvan xanlığının ərazisi - təxminən 9 min kv.km;

4. 1918-ci il hadisələri zamanı Rusiyada qalmış Dərbənd xanlığının ərazisi - təxminən 7 min kv. km;

5. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ərazisi - 114 min kv.km;

6. 1920-ci ildə AXC-ni işğal etmiş Sovet Rusiyası tərəfindən bölüşdürülmüş Azərbaycan əraziləri (Ermənistan SSR-ə verilənlər- Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican, Ağbulaq, Vedi…, Gürcüstan SSR-ə verilən - Borçalı) - təxminən 27,4 min kv.km;

1991-ci ilə qədər 130 mindən 43,4 kv.km ərazi mənimsənib:

1. 1920-1991-ci illərdə Sovet Rusiyasının işğalı altında olan Azərbaycan SSR-in ərazisi - 86,6 min kv.km.

1990-cı illərdə Azərbaycan Respublikasının Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı separatçı erməni silahlıları tərəfindən işğal edilmiş əraziləri:

Naxçıvan ərazisi, 2 kənd (19 yanvar 1990-cı il, Kərki k-di; 17 fevral 1990-cı il, Günnüt k-di), sahəsi 19 kv. km;

Xankəndi ərazisi (26 dekabr 1991-ci il), sahəsi 1048 kv. km;

Xocalı ərazisi (26 fevral 1992-ci il), sahəsi 940 kv. km;

Şuşa ərazisi (8 may 1992-ci il), sahəsi 289 kv. km;

Xocavənd ərazisi (2 oktyabr 1992-ci il), sahəsi 1458 kv. km;

Ağdərə ərazisi (7 iyul 1993-cü il), sahəsi 1705 kv. km;

Kəlbəcər ərazisi (2 aprel 1992-ci il), sahəsi 3050 kv. km;

Laçın ərazisi (18 may 1992-ci il), sahəsi 1883 kv. km;

Ağdam ərazisi (23 iyul 1993-cü il), sahəsi 1150 kv. km;

Cəbrayıl ərazisi (23 avqust 1993-cü il), sahəsi 1050 kv. km;

Füzuli ərazisi (23 avqust 1993-cü il), sahəsi 1390 kv. km;

Qubadlı ərazisi (31 avqust 1993-cü il), sahəsi 802 kv. km;

Zəngilan ərazisi (29 oktyabr 1993-cü il), sahəsi 707 kv. km;

Qazax ərazisi (25 oktyabr 1992-ci il), 7 kənd, sahəsi 669 kv. km;

Ağstafa ərazisi (28 oktyabr 1992-ci il), 2 kənd, sahəsi 60 kv. km.

Cəmi: 16220 kvadrat kilometr.(teleqraf.com)
Maraqlı ve Meslehetli
Körpələrə nə qədər duz vermək olar?

Körpələrə nə qədər duz vermək olar?...

Maraqlı ve Meslehetli
Cümə günü, ayın 13-ü: ilin sonuncu "qara" günündən nəyi gözləmək olar?

Cümə günü, ayın 13-ü: ilin sonuncu...

Maraqlı ve Meslehetli
Əllərinizi nar ləkəsindən asanlıqla təmizləyəcək MƏHSUL

Əllərinizi nar ləkəsindən asanlıqla...

Maraqlı ve Meslehetli
Soyuq duş və dənizə girmək ürək xəstələrinə ziyandır - İnfarkt ola bilər

Soyuq duş və dənizə girmək ürək...

Maraqlı ve Meslehetli
Alimlər saçların ağarmasının səbəbini aşkar ediblər

Alimlər saçların ağarmasının...

Maraqlı ve Meslehetli
Bu dəfə tərsinə: Fironlardan "Simpsonlar" barədə "proqnoz" ortaya çıxdı

Bu dəfə tərsinə: Fironlardan...

Комментарии (0)