09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Ölümün qaranlığı, yoxsa həyatın gözəlliyi?

Ölümün qaranlığı, yoxsa həyatın gözəlliyi?

Dünya boyda xaosun ortasında xoşbəxt olmağa çalışmaq, bəzən buna nail olmaq, bəzən də səni ayaqda saxlayan bir onurğa sütunun yox imiş kimi yerə "yapışmaq", hər şeyə rəğmən, başına gələn pis şeylərdən, bədbəxtliklərdən, rastına çıxan "təkhüceyrəli varlıqlar"dan dərs çıxarmaq, gözlərinin yaşı qurumamışkən əlinin arxası ilə kirpiklərini qurulayıb gülmək elə gözəldir ki…
Yaşamaq, hər şeyə rəğmən, elə gözəldir ki…
Çətin, çox çətin bir dövrdən keçirik, gələcək günlərimiz, bəlkə də, daha çətin olacaq.
Son zamanlar ard-arda baş verən intiharlar cəmiyyət olaraq o çətin günlərə psixoloji cəhətdən hazır olmadığımızı göstərir.
Lakin nə olur olsun, nə yaşayırıq yaşayaq, ilk əl çəkdiyimiz şey canımız olmasın. Can sağlığını əldə etmək o qədər çətin ikən, problemlər qarşısındakı seçimimiz ondan keçmək olmasın.
Bəlkə, indi bəziləriniz bu sözləri oxuyarkən "Rahat deyirsən də, nə yaşamısan ki?!" deyə düşünürsünüz.
Hamımız yaşamışıq, hər birimiz özlüyümüzdə o düşüncəni beynimizdən, bir saniyəlik belə olsa, keçirəcək nələrsə görmüşük həyatda. Amma o ani düşüncəyə milyonlar versək, ala bilməyəcəyimiz canımızı qurban etməmişik, bundan sonra da etməyək!
Yaşamaq gözəldir, həm də hər şeyə rəğmən!
Aysel Səmədova
Maraqlı ve Meslehetli
"Təmiz əllər" kampaniyasına məktəblilər də qoşuldular - VİDEO

"Təmiz əllər" kampaniyasına...

Maraqlı ve Meslehetli
Uşağı çimizdirəndə bunlara DİQQƏT EDİN

Uşağı çimizdirəndə bunlara DİQQƏT...

Maraqlı ve Meslehetli
Naringi soyarkən bunu heç vaxt etməyin!

Naringi soyarkən bunu heç vaxt...

Maraqlı ve Meslehetli
Duş başlığını necə təmizləmək olar?

Duş başlığını necə təmizləmək olar?...

Maraqlı ve Meslehetli
Qiyamət çox yaxındır deyən yalançı PEYĞƏMBƏR - təriqətdəki qadınları zorla hamilə qoydu

Qiyamət çox yaxındır deyən yalançı...

Maraqlı ve Meslehetli
Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ

Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ...

Комментарии (0)