09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

İnsanın xoşbəxtliyinə mane olan 5 ƏSAS AMİL

İnsanın xoşbəxtliyinə mane olan 5 ƏSAS AMİL

İnsanın xoşbəxtliyinə mane olan 5 ƏSAS AMİL

İnsanın xoşbəxtliyinə mane olan 5 ƏSAS AMİLFərqində olmadan bizi xoşbəxtlikdən məhrum edən 5 hal mövcuddur.
Publika.az xəbər verir ki, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, kliniki psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevainsanları xoşbəxt olmağa qoymayan əsas amilləri qeyd edib. Həmin 5 amili təqdim edirik:
1. Variantların çoxluğu
Moda ilə maraqlanır və qarderobunuzun ağzına kimi dolu olmasının sizi xoşbəxt edəcəyini düşünürsünüzsə yanılırsınız. Hansı marka süd alacağımız, naharda nə yeyəcəyimiz, iclasa nə geyinəcəyimiz düşündüyümüz zamanlarda onlarla variant arasında qalırıq. Stanford Universiteti öz araşdırmalarında sübut edir ki, variantların çoxluğunun insanı stressə və bitkin hiss etməyə vadar edir.
2. Perfeksionizm (Mükəmməlliyətcilik)
Hər hansı bir işi qüsursuz icra etmək, xəyalımızda canlandırdığımız ideal rəsmə çatmağımız nə qədər qürurverici olsa da, həyəcan və məmnunluq gətirsə də o həddə çatana qədərki narahatlıq, təşviş, stress sizə özünüzü bədbəxt hiss etdirəcəkdir. "Mükəmməl yaxşının düşmənidir" deyimini yadımıza salaraq, mükəmməl olmaqdansa xoşbəxt olmağın daha önəmli olduğuna diqqət etməliyik.
3. Gəzən zehin
Son zamanlarda xoşbəxtlikdə bağlı ən çox qabağımıza çıxan deyim "Anda qal"-dır. Hər nə qədər banallaşsa da bu deyimdə vacib bir həqiqət var. Kökləri Buddizmə dayanan bu inanc, yəni, mindfulness, xoşbəxt hiss etməyə davam etməyimiz üçün ən güclü silahdır. Harvard Universitetinin araşdırmaları göstərir ki, zehni durmadan gah keçmişdə, gah gələcəkdə gəzən insanların ruh halı anda yaşayanlara görə daha dəyişkən, pessimizmə meylli və narahat olur.
4. Bacı-qardaşlarla yaxın münasibətlərin olmaması
Zaman-zaman fikir ayrılığına düşsəniz də hər dərdinizi bölüşə biləcəyiniz bir bacınız, sizi hər vəziyyətdə qoruyacaq qardaşınız varsa özünüzü daha xoşbəxt və etibarlı mühitdə hiss edəcəksiniz. American Journal of Psychiatry-də yayımlanan araşdırma göstərir ki, uşaqlıq dövründə bacı-qardaşları ilə yola getməyən uşaqlar yetkinlik çağlarında depressiyaya meylli və bunun tam tərsi mehriban bacı-qardaş münasibətləri ilə böyüyən uşaqların isə sosializasiyası yüksək, insan münasibətləri qüvvətli olur.
5. Fast Food ilə qidalanmaq
Public Health Nutrition Journal-da yayımlanan araşdırmaya əsasən, 6 ay müddətində fast food yeyən insanların sağlam qidalanan insanlara nisbətən 51% daha çox depressiya, ruh düşkünlüyü, apatiya yaşadığı ortaya çıxmışdır.
Maraqlı ve Meslehetli
"Təmiz əllər" kampaniyasına məktəblilər də qoşuldular - VİDEO

"Təmiz əllər" kampaniyasına...

Maraqlı ve Meslehetli
Uşağı çimizdirəndə bunlara DİQQƏT EDİN

Uşağı çimizdirəndə bunlara DİQQƏT...

Maraqlı ve Meslehetli
Naringi soyarkən bunu heç vaxt etməyin!

Naringi soyarkən bunu heç vaxt...

Maraqlı ve Meslehetli
Duş başlığını necə təmizləmək olar?

Duş başlığını necə təmizləmək olar?...

Maraqlı ve Meslehetli
Qiyamət çox yaxındır deyən yalançı PEYĞƏMBƏR - təriqətdəki qadınları zorla hamilə qoydu

Qiyamət çox yaxındır deyən yalançı...

Maraqlı ve Meslehetli
Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ

Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ...

Комментарии (0)