09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

İspaniyada ev heyvanlarının hüquqları uşaqların hüquqları ilə bərabərləşdirildi

İspaniyada ev heyvanlarının hüquqları uşaqların hüquqları ilə bərabərləşdirildi
İspaniyada ev heyvanları yalnız insanın sahib olduğu bir şey deyil, canlı və ağıllı varlıqlar kimi tanındığı qanun qüvvəyə minib.
Belə ki, artıq boşanma prosesi zamanı hakim ev heyvanlarının maraqlarını nəzərə almalı və sahiblərindən hansı ilə daha yaxşı olacağını müəyyən etməli olacaq.
"Heyvanlar ailənin bir hissəsidir və cütlük ayrılmaq qərarına gəldikdə, heyvanın taleyinə digər ailə üzvlərinin taleyi kimi ciddi diqqət yetirilməlidir", - deyə hüquqşünas Lola Qarsiya bildirib.
Onun sözlərinə görə, bu təcrübə tərk edilmiş və ya pis rəftar edilən ev heyvanlarının sayını azaltmağa kömək edəcək.
Hüquq müdafiəçisi əlavə edib ki, maliyyə qabiliyyətini sübut edə bilən və ya uşaqları himayəsinə verilən tərəfdaşın ev heyvanını himayəsinə götürmə şansı daha çoxdur.
Qeyd olunur ki, 2021-ci ilin oktyabrında Madrid məhkəməsi artıq bu məsələ ilə bağlı qərar verib. Həmin vaxt hakim nikahsız cütlüyün mübahisəsinə baxaraq, ev heyvanına görə kişi və qadının eyni məsuliyyət daşıdığı və ay ərzində ona növbə ilə baxması barədə qərar çıxarıb.
Oxşar yanaşma digər Avropa ölkələrində, o cümlədən Fransa, Almaniya və Portuqaliyada da tətbiq edilir.
Xatırladaq ki, bir neçə gün öncə Papa Fransisk ev heyvanlarını sevənləri eqoizmdə günahlandırıb. Onun sözlərinə görə, bəzi insanlar ev heyvanları saxlayırlar, lakin ailə qurmaq və uşaq sahibi olmaq istəmirlər. Vatikanın rəhbəri bildirib ki, uşaqları ev heyvanları ilə əvəz etmək insanları alçaldır və insanlıqdan məhrum edir.(oxu.az)
Maraqlı ve Meslehetli
Qızmar yay günlərində sərin qalmağın yolu - Bunları yeyin...

Qızmar yay günlərində sərin...

Maraqlı ve Meslehetli
Swift Kodu və BIC Nədir?

Swift Kodu və BIC Nədir?...

Maraqlı ve Meslehetli
Qucaqlaşmanın davamlılığına görə MƏNALARI

Qucaqlaşmanın davamlılığına görə...

Maraqlı ve Meslehetli
"Yayda uşağa dərs oxutmayın": Məktəbə qarşı qıcığı necə yox etməli?

"Yayda uşağa dərs oxutmayın":...

Maraqlı ve Meslehetli
“Maşa və ayı” cizgi filmi necə yarandı?

“Maşa və ayı” cizgi filmi necə...

Maraqlı ve Meslehetli
Duzlu qidalar, şoraba xərçəng yarada bilər - Onkoloq

Duzlu qidalar, şoraba xərçəng...

Комментарии (0)