09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Qarğıdalı hansı xəstəlikləri aradan qaldırır?

Qarğıdalı hansı xəstəlikləri aradan qaldırır?
Bütün meyvə-tərəvəzlərin sağlamlıq üçün faydaları danılmazdır. Lakin düzgün qida qəbulu orqanizmdə yaranan problemlərlə mübarizə daha effektlidir.
Axşam.az qida rasionunda mühüm yer tutan qarğıdalının hansı sağlamlıq problemləri üçün faydalı olduğunu təqdim edir.
Qan şəkərini və xolesterinin miqdarını azaldır
Qarğıdalı B1, B5 və C vitaminləri ilə zəngindir. Həm özü, həm yağı qan axını artırır, insulini tənzimləyir, xəstəliklərlə mübarizədə və yeni hüceyrələrin istehsalında mühüm rol oynayır. Yüksək lifli qarğıdalı həmçinin diabet xəstələrində qan şəkərinin səviyyəsini və xolesterini aşağı salmağa kömək edir.
Xəstəliklərlə mübarizə aparır
Qarğıdalının tərkibindəki tiamin sinir sisteminin sağlamlığını və qavrama funksiyasını qorumağa yardımçı olur. Tərkibindəki B12 vitamini, fol turşusu və dəmir isə bədəndə qırmızı qan hüceyrələrinin istehsalını artırır. Beləliklə anemiya riskini azaltmağa kömək edir.
Enerjini artırır
Xüsusən idmanla məşğul olmaq istəyirsinizsə, qida rasionunuza qarğıdalı əlavə edin. Qarğıdalı bədəni uzun müddət enerji ilə təmin edən, lakin gec həzm olunan kompleks karbohidratları özündə ehtiva edir.
Parlaq dəri
Qarğıdalı tərkibində C vitamini və likopen kollagen istehsalını artırır və ultrabənövşəyi şüalarının yaratdığı sərbəst radikalların dəriyə zərər verməsinin qarşısını alır.
Soyuqdəyməni aradan qaldırır
Qarğıdalı saçaqları və bitkisi qanda şəkərin səviyyəsini aşağı salır. Sidikqovucu və ödqovucu effekti ilə bədənin toksinlərdən təmizlənməsini təmin edir.
Maraqlı ve Meslehetli
Süd dişləri niyə belə adlanır?

Süd dişləri niyə belə adlanır?...

Maraqlı ve Meslehetli
Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Dünyanın ən bahalı şəhərləri -...

Maraqlı ve Meslehetli
Kəsmik alanda yağ tərkibinə BAXIN: İnsanların 50 faizi səhv edir

Kəsmik alanda yağ tərkibinə BAXIN:...

Maraqlı ve Meslehetli
Orqanizmdə xolesterinin səviyyəsini aşağı salmaq üçün nə yeyək?

Orqanizmdə xolesterinin səviyyəsini...

Maraqlı ve Meslehetli
Üzünüzdəki mimikanız: Həyatınızdakı uğur bu ifadələrdən asılıdır

Üzünüzdəki mimikanız: Həyatınızdakı...

Maraqlı ve Meslehetli
Çox qızardılan çörək və kartof - BU XƏSTƏLİYƏ SƏBƏB OLUR

Çox qızardılan çörək və kartof - BU...

Комментарии (0)