09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Dərinin qocalmasını bu üsullarla aradan qaldırın

Dərinin qocalmasını bu üsullarla aradan qaldırın
Yaş artıqca ən çox narahatlıq yaradan problemlərdən biri də dəridə yaşlanma əlamətlərinin və qırışların yaranmasıdır.
Axşam.az bunu ləngidən və cildin təravətini uzun müddət saxlamağa imkan verən üsulları təqdim edir.
Əlcəklə işləyin
Əlləri qorumağın başlıca yolu onları nəmləndirməkdir. Lakin gündəlik görülən işlər, qabları yumaq cildi zədələyir. Su və kimyəvi maddələrlə təmasda olduqca əllərdə çatlar yaranır və dərisi qurumağa başlayır. Bunun üçün əlləri zədələyəcək işlərlə məşğul olarkən əlcəklərdən istifadə etməyə çalışın.
Günəş kremindən istifadə edin
Xüsusən günəşli havalarda bu kremlərdən istifadə mütləqdir. Günəşin ultrabənövşəyi şüaları cildi zədələməklə qalmır dəridə ləkələrin əmələ gəlməsinə və qurumasına səbəb olur. Bu səbəbdən günəşin təmas edəcəyi bölgələrə günəş kremi çəkin. Bununla yanaşı nəmləndirici kremlərdən istifidəni də unutmayın.
Bol maye içmək
Dəridə quruluq və qaşınmaya səbəb ola biləcək müxtəlif səbəblər var. Bunun üçün ilk növbədə həkimə müraciət etmək tövsiyə olunur. Bununla yanaşı maye qəbulu da mütləqdir. Xüsusən günəşli havalarda cild daha çox mayeni bədəndən xaric etdiyi üçün orqanizmdəki su balansını qorumaq şərtdir.
Tərkibində A, C, E vitaminləri olan qidalar qəbul edin
Maye itkisi təkcə dəridə müşahidə olunmur. Saçlar da quruduqca və xarici amillərə məruz qaldıqca qırılır və tökülməyə başlayır. Saç liflərini gücləndirmək üçün ispanaq, yağlı balıqlar, yaşıl çay, avokado, nar, fındıq istehlak etməyə üstünlük verin.
Qaşlarınızı çatmayın və üzünüzü büzməyin
Gün ərzində müxtəlif duyğular yaşayırıq. Gülürük, ağlayırıq və ya əsəbi olduğumuza görə istəmədən də olsa, uzun müddət qaşları çatırıq. Bu isə üzdə qırışların yaranmasını sürətləndirir. Qaşlarınızı çatmamaq üçünsə, ilk növbədə stresi aradan qaldırmaq lazımdır. Bunun üçün dərin nəfəs alın və üz məşqləri, yoqa ilə məşğul olun. Eyni zamanda, yatarkən üzü üstə deyil, arxası üstə yatın.
Maraqlı ve Meslehetli
Hər gün eyni saatda yatmamaq damarların tutulmasına səbəb olur

Hər gün eyni saatda yatmamaq...

Maraqlı ve Meslehetli
Bədəndəki bütün mikrobları təmizləyir

Bədəndəki bütün mikrobları...

Maraqlı ve Meslehetli
Stenli Kubrikin filmindəki balta 50 min dollara satışa çıxarılacaq

Stenli Kubrikin filmindəki balta 50...

Maraqlı ve Meslehetli
Körpənin saçını qırxmaq olar?

Körpənin saçını qırxmaq olar?...

Maraqlı ve Meslehetli
Xəyal qurmaq zərərlidir - İnsanı BƏDBƏXT EDİR

Xəyal qurmaq zərərlidir - İnsanı...

Maraqlı ve Meslehetli
Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Dünyanın ən bahalı şəhərləri -...

Комментарии (0)