09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Meyvə şirələri sandığınız qədər faydalı deyil

Meyvə şirələri sandığınız qədər faydalı deyil
Günlük qidalanmamız zamanı mütləq şəkildə meyvə və tərəvəzlərdən istifadə etməliyik.
Bir çox insan səhhət üçün faydalı olduğunu düşünərək meyvə suyundan daimi olaraq istifadə edir. Meyvə suları meyvədən sıxıldığı üçün vitamin və minerallar cəhətdən zəngin olduğu düşünülür. Ancaq meyvə suyu sanılan qədər faydalı olmaya bilər.
Meyvə şirəsi meyvənin sahib olduğu mineral və vitaminlərlə zəngin olsa da meyvəni daha faydalı edən lifə sahib olmasıdır. Lif vücudun həzm prosesini tənzimləyir və uzunmüddət sizi tox saxlayar. Yüksək lifli qidalar yemək diabet, ürək problemi kimi riskləri azaldar.
Lif olmayan meyvə sularından istifadə etmək mədənizi kifayət qədər təmin etməz və özünüzü ac hiss edərsiniz.
Türkiyəli mütəxəssislərin araşdırmalarına görə, içkilər meyvədən daha az faydalıdır.
Xüsusilə kilo vermək istəyənlər üçün meyvə şirəsindən istifadə düzgün seçim deyil. Meyvə şirəsindən çox istifadə qaraciyər yağlanmasına gətirib çıxara bilər.
Mütəxəssislər meyvələri diri halda yeməyi daha uyğun görürlər. Bu zaman bütün vitaminlərdən yararlanmaq mümkün olacaqdır. Çünki bəzi meyvələrin vitamini əsasən qabığında olur. Şirə çəkilən zaman isə qabıqlar kənara atılır ki, bu da vitaminin yarısını məhv etmək deməkdir.
Maraqlı ve Meslehetli
Dünyanın ən yaraşıqlı kişisi bu gün dəfn edilir

Dünyanın ən yaraşıqlı kişisi bu gün...

Maraqlı ve Meslehetli
Kaktusların monitorlardan radiasiya udması ilə bağlı mifin yaradıcısı vəfat edib

Kaktusların monitorlardan radiasiya...

Maraqlı ve Meslehetli
Portağal qabığının 5 möcüzə faydası

Portağal qabığının 5 möcüzə faydası...

Maraqlı ve Meslehetli
Qadın intuisiyası sayəsində 2 milyon dollar qazandı

Qadın intuisiyası sayəsində 2...

Maraqlı ve Meslehetli
Alimlər saçların ağarmasının səbəbini aşkar ediblər

Alimlər saçların ağarmasının...

Maraqlı ve Meslehetli
Uşaqlarınızı belə oturmağa qoymayın, YOXSA...

Uşaqlarınızı belə oturmağa...

Комментарии (0)