09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Təxminən 400 yaşı olan eskizin sirri açıldı

Təxminən 400 yaşı olan eskizin sirri açıldı
Yüz ildən çox muzeydə saxlanılan və kobud imitasiya hesab edilən eskizin, doğrudan da, Rembrandta məxsus olduğu aydınlaşıb.
Söhbət 1921-ci ildən Haaqadakı Bredius Muzeyində olan "Xaçın ucaldılması" ("The Raising of the Cross") əsərindən gedir.
Eskiz 1640-cı illərə aiddir, uzun müddət onun müəllifinin holland rəssamın davamçılarından biri olduğuna inanılırdı. Yalnız xüsusi tədqiqatın köməyi ilə eskizin həqiqi müəllifini müəyyən etmək mümkün olub. Muzeyin ilk kuratoru Abraham Bredius onun əsl Rembrandt əsəri olduğuna əmin idi, lakin o vaxtdan bəri ekspertlər əsəri imitasiya kimi qəbul ediblər. Belə kobud çəkilişin böyük Rembrandtın fırçasına aid ola bilməyəcəyinə inanılırdı.
Təxminən bir il əvvəl mütəxəssislər Rembrandt haqqında kitab hazırlayarkən eskizə diqqət ediblər. Onlar belə qənaətə gəliblər ki, yağlı boya ilə hazırlanmış eskiz çox dəqiq və aydın olmamalı idi, Rembrandt sadəcə ümumi kompozisiyanı göstərmək istəyirdi, ona görə də kobud ştrixlər edib.
İnfraqırmızı və rentgen tədqiqatları göstərib ki, rəssam tablonun kompozisiyasının planlarını bir neçə dəfə dəyişib və elementlərin düzülüşündə dəyişiklik edib. Mütəxəssislər əmin olduqlarını bildiriblər ki, müəllif heç kimin əsərini köçürməyib. Onların sözlərinə görə, eskiz Münhendə saxlanılan Rembrandtın "Xaçın ucaldılması" əsərinə ithafdır.(oxu.az)
Maraqlı ve Meslehetli
Soda ilə balı qarışdırın - Möcüzə dərman

Soda ilə balı qarışdırın - Möcüzə...

Maraqlı ve Meslehetli
Ağcaqanad niyə insan qanını sevir?

Ağcaqanad niyə insan qanını sevir?...

Maraqlı ve Meslehetli
Niyə pişiklərin gözləri qaranlıqda parlayır?

Niyə pişiklərin gözləri qaranlıqda...

Maraqlı ve Meslehetli
İşə bu paltarlarla getməyin - Ekspert açıqladı

İşə bu paltarlarla getməyin -...

Maraqlı ve Meslehetli
Payız xurmasının cana faydaları - Kimlərə olmaz?

Payız xurmasının cana faydaları -...

Maraqlı ve Meslehetli
Dərinizdəki göyərmələri bu üsullarla sağaldın

Dərinizdəki göyərmələri bu...

Комментарии (0)