09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Dövrümüzün bəlasına çevrilən xərçəng necə yaranır? - Növləri

Dövrümüzün bəlasına çevrilən xərçəng necə yaranır? - Növləri
Dövrümüzün bəlasına çevrilən xərçəng xəstəliyi sürətlə yayılmaqda, can almaqdadır. Tibb inkişaf etsə də, bu xəstəliyin durmadan artması və çarəsinin tapılmaması insanlarda narahatlıq doğurur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ətraf mühitin çirklənməsî, geni dəyişdirilmiş meyvələr və qəbul etiyimiz digər qidalar bu xəstəliyin daha da yayılmasına səbəb olur.
BiG.AZ oxuculara bu xəstəlik barədə məlumat vermək istəyir.
Xərçəng xəstəliyi necə yaranır?

Hüceyrə insan bədənini təşkil edən əsas vahiddir. Hüceyrələr böyüyür, bölünür və bədənin ehtiyacı olan yeni hüceyrələr əmələ gəlir. Adətən hüceyrələr çox qocaldıqda və ya zədələndikdə ölürlər (apaptoz). Sonra onları yeni hüceyrələr əvəz edir.
Xərçəng genetik dəyişikliklər bu nizamlı prosesə müdaxilə etdikdə başlayır. Hüceyrələr nəzarətsiz böyüməyə başlayır. Bu hüceyrələr şiş kütləsi əmələ gətirir. Şiş kütləsi bədxassəli və ya xoşxassəli ola bilər. Xərçəngli bir şiş kütləsi bədxassəlidir, yəni böyüyə və bədənin digər hissələrinə yayıla bilər. Xoşxassəli şiş isə böyüyə bilər, lakin yayılmır.
Bəzi xərçəng növləri şiş əmələ gətirmir. Bunlara leykozlar, əksər limfoma növləri və miyeloma daxildir.
Xərçəngin dörd əsas növü var:

1. Karsinomalar. Karsinoma dəridə və ya daxili orqanların və vəzlərin səthini örtən toxumada başlayır. Karsinomalar adətən bərk şişlər əmələ gətirir. Onlar xərçəngin ən çox yayılmış növüdür. Karsinomalara misal olaraq prostat xərçəngi, süd vəzi xərçəngi, ağciyər xərçəngi və kolorektal xərçəng daxildir.
2. Sarkomalar. Sarkoma birləşdirici toxumalarda əmələ gəlir. Sarkoma piydə, əzələ qatında, sinirlərdə, oynaqlarda, qan damarlarında, limfa damarlarında, qığırdaqda və ya sümüklərdə inkişaf edə bilər.
3. Leykemiyalar. Leykoz qan xərçəngidir. Leykoz sağlam qan hüceyrələri dəyişdikdə və nəzarətsiz böyüdükdə başlayır. Leykozun 4 əsas növü var: kəskin limfositar leykoz, xroniki limfositar leykemiya, kəskin miyeloid leykemiya və xroniki miyeloid leykemiya.
4. Limfomalar. Limfoma limfa sistemində başlayan xərçəngdir. Limfa sistemi infeksiya ilə mübarizə aparmağa kömək edən damarlar və vəzlər şəbəkəsidir. Limfomanın 2 əsas növü var: Hoçkin limfoması və Qeyri-Hoçkin lenfoması.
Mehin Mehman
Maraqlı ve Meslehetli
Soda ilə balı qarışdırın - Möcüzə dərman

Soda ilə balı qarışdırın - Möcüzə...

Maraqlı ve Meslehetli
Ağcaqanad niyə insan qanını sevir?

Ağcaqanad niyə insan qanını sevir?...

Maraqlı ve Meslehetli
Niyə pişiklərin gözləri qaranlıqda parlayır?

Niyə pişiklərin gözləri qaranlıqda...

Maraqlı ve Meslehetli
İşə bu paltarlarla getməyin - Ekspert açıqladı

İşə bu paltarlarla getməyin -...

Maraqlı ve Meslehetli
Payız xurmasının cana faydaları - Kimlərə olmaz?

Payız xurmasının cana faydaları -...

Maraqlı ve Meslehetli
Dərinizdəki göyərmələri bu üsullarla sağaldın

Dərinizdəki göyərmələri bu...

Комментарии (0)