09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

TikTok-da trend olan kinomuzla bağlı faktlar

TikTok-da trend olan kinomuzla bağlı faktlar
Ötən ay TikTok-da hər birimiz bu sözləri tez-tez eşidirdik:
"Gözəl Lalə. Nağılda olduğu kimi". Məşhur kinomuzdan olan bu səhnə sözügedən sosial şəbəkə platformasında trendə çevirildi. Nəinki Azərbaycanda, hətta ölkə hüdudlarından kənarda da bu səslə videolar çəkildi.
Bəs həmin səhnə hansı filmimizdədir? Və Nananı bəyənməyən o balaca oğlan kimdir?
OLAY sizə trendə çevrilən kinomuzla bağlı faktları təqdim edir. Əvvəla qeyd edək ki, bu "Asif, Vasif, Ağasif" filmindən bir səhnədir. Videodakı balaca isə Vasif, yəni ona həyat verən Ramin Aslanovdur.
Bu, tammmetrajlı bədii film Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılıb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər.
Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürüb. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin (Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaraçılığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.
Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir.
2014-cü ildə modern.az saytı bu film və aktyorları ilə bağlı araşdırma edib. Media qurumu azyaşlı aktyorların uzun illər sonra hansı işlə məşğul olduqları barədə maraqlanıb.
Məqalədə qeyd olunub ki, Ağasif rolunun ifaçısı Hökümə Cəlilova "bp" şirkətində çalışır və aktyorluq fəaliyyəti yoxdur. Asif obrazına həyat verən Emil Pənahov isə xoreoqrafiya üzrə təhsil alıb. Aktyorluğu davam etdirməyib. O, həm də "Alov" rəqs qrupunun bədii rəhbəridir. Yazımızın baş qəhramanı, günlərdir səsi qulağımızdan getməyən Vasif, yəni Ramin Aslanovla bağlı heç də yaxşı məlumatlar mətbuatda yer almayıb.
Filmin ssenarii müəllifi Nadejda İsmayılova mətbuata açıqlamasında bildirib ki, Vasif rolunun ifaçısı Ramin Aslanov barədə məlumatsızdır:
"Filmin 31 illiyi ilə bağlı kinorejissor Cəmil Quliyev həmin uşaqları bir yerə yığmaq istədi. Amma alınmadı. Çünki Vasif rolunun ifaçısı Ramin Aslanovu nə qədər axtardıqsa, tapa bilmədik. Gah dedilər o türmədədir, gah dedilər xəstədir. Beləcə, onu tapa bilmədik. Amma Cəmil Quliyev müxtəlif yollarla onu arayıb nəhayət ki üzə çıxardı, lakin filmin yubileyinə gətirə bilmədi. Heç demə o, məscidlərdən birində çalışırmış. Cəmil Quliyev onunla danışdı. Amma ona icazə vermədilər".
Maraqlı ve Meslehetli
Saç tökülməsinin əsas SƏBƏBLƏRİ

Saç tökülməsinin əsas SƏBƏBLƏRİ...

Maraqlı ve Meslehetli
Kondisionerin effektivliyini azaldan altı səhv hansılardır?

Kondisionerin effektivliyini...

Maraqlı ve Meslehetli
Dişlərin ev şəraitində ağardılması – 6 ƏN YAXŞI ÜSUL

Dişlərin ev şəraitində ağardılması...

Maraqlı ve Meslehetli
Məşhur yazıçı xoşbəxtliyin 3 sirrini açdı

Məşhur yazıçı xoşbəxtliyin 3...

Maraqlı ve Meslehetli
Bunlar dünyada ən ətirli qəhvələr hesab olunur

Bunlar dünyada ən ətirli qəhvələr...

Maraqlı ve Meslehetli
Hansı şərab daha faydalıdır: Ağ, yoxsa qırmızı?

Hansı şərab daha faydalıdır: Ağ,...

Комментарии (0)