09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Qədim Misir məbədində yeni il rəsmi tapılıb

Qədim Misir məbədində yeni il rəsmi tapılıb
Qədim misirlilərin çəkdiyi yeni il mərasimi tədqiqatçılar tərəfindən Esna məbədinin tavanının yenidən qurulması zamanı aşkar edilib. O təxminən 2200 il əvvəl tikilib və iki min il əvvəl Misir Romanın nəzarətində olduğu dövrdə əsaslı bərpa edilib.


Son beş il ərzində Tübingen Universitetinin alimləri Esna məbədinin divarlarını və tavanını təmizləyərkən müxtəlif təsvirlər, o cümlədən qədim zodiaklar, bürclər, mifoloji ilahələr, eləcə də əvvəllər naməlum olan 200-dən çox yazı tapıblar.


Çox ehtimal ki, məbəd bir neçə tanrıya həsr edilib. Yeni il rəsmində bir-birinə yaxın yerləşən qayıqlarda Misir tanrıları Orion, Sotis və Anukis, eləcə də onların üstündə axşam səmasını udan səma ilahəsi Nut təsvir edilib. Orion eyniadlı bürc, Sotis iyulun ortalarında qeyd olunan, Yeni ildə Qədim Misir səmasına qayıdan Sirius ulduzunu təmsil edir. İlin bu vaxtında Nilin suyu sahilindən aşıb-daşır. Qədim misirlilər Siriusun səmada görünməsindən təxminən 100 gün sonra Anukis tanrıçasının daşqın suları çəkilməyə məcbur edəcəyinə inanıblar.


Komanda digər mövsümi rəsmləri də bərpa edib. Onlardan biri dörd qanadlı şir bədəni və qoç başı ilə təsvir edilib. Yazıya görə, o cənub küləyini, ehtimal ki, yayın qızmar istisini təcəssüm etdirir.


Artıq tavanın bərpası başa çatdıqdan sonra komanda divarları və sütunları təmizləməyə başlayıb. Tədqiqat işlərinin təsvirlərin yeni rənglərini və detallarını, o cümlədən geyimlərin və taxtın xüsusiyyətlərini aşkar edəcəyi gözlənilir./oxu.az
Maraqlı ve Meslehetli
Manikür psixi sağlamlığınıza necə təsir edir?

Manikür psixi sağlamlığınıza necə...

Maraqlı ve Meslehetli
Günəbaxan yağını harda saxlamaq lazımdır? - Soyuducuda olmaz

Günəbaxan yağını harda saxlamaq...

Maraqlı ve Meslehetli
Soyadınızdakı hərflər təhsilinizə təsir edirmiş

Soyadınızdakı hərflər təhsilinizə...

Maraqlı ve Meslehetli
Bu şəxslərə üzüm yemək olmaz

Bu şəxslərə üzüm yemək olmaz...

Maraqlı ve Meslehetli
Yaddaşı möhkəmləndirən qidalar açıqlandı

Yaddaşı möhkəmləndirən qidalar...

Maraqlı ve Meslehetli
Albert Eynşteyn məktəbdə zəif oxumayıb

Albert Eynşteyn məktəbdə zəif...

Комментарии (0)