09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Tibbdə NADİR HADİSƏ: 73 yaşlı qadının bətnində "daş körpə" tapıldı

Tibbdə NADİR HADİSƏ: 73 yaşlı qadının bətnində "daş körpə" tapıldı
73 yaşlı əlcəzairli qadın qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edərək tibb aləmində nadir rast gəlinən bir hadisəni ortaya qoyub.


Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Daş uşaq" tibb ədəbiyyatında "litopediya" kimi tanınan çox nadir bir hadisədir. Bəs, bu fenomenin arxasında duran elmi reallıq nədir?


Əlcəzairli qadının yaşadığı qeyri-adi sağlamlıq vəziyyəti həkimləri və tibb dünyasını təəccübləndirib. 73 yaşlı qadın şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edərkən həkimlər onun uşaqlıq borusunda qeyri-adi bir şey aşkar ediblər. "Lithopedion" adlanan bu vəziyyət xalq arasında "daş uşaq" kimi tanınır.


Nadir hadisə


Milli Tibb Kitabxanasının məlumatına görə, bu vəziyyət adətən uşaqlıqdan kənar hamiləlik nəticəsində baş verir.


Ektopik hamiləlik, döllənmiş yumurtanın uterusdan kənarda, əksər hallarda fallopiya borularında inkişaf etdiyi bir vəziyyətdir.


Əgər döl ana orqanizmi tərəfindən sorulacaq qədər kiçik deyilsə və ölürsə, ananın immun sistemi tərəfindən yad cisim kimi qəbul edilir və zamanla kalsifikasiya olunur.


Milli Tibb Kitabxanası bildirir ki, bu vəziyyət bütün hamiləliklərin yalnız 0,0054 faizində baş verir. Mövzu ilə bağlı danışan həkim Karan Raj deyir ki, bu, həm də insan bədəninin nə qədər çevik və uyğunlaşa bildiyinin sübutudur.


Tarixdə "Litoredion"


Tibb tarixində "litopediya" halları çox keçmişə gedib çıxır. İlk qeydə alınan hadisə 1582-ci ildə Fransada olub və o vaxtdan bəri dünyada yalnız bir neçə yüz hadisə qeydə alınıb.


Müasir tibbi texnologiya ilə bu hallara daha erkən diaqnoz qoyulsa da, bəzi hallarda yenə də sürpriz bir tapıntı kimi ortaya çıxa bilər.


Bu fenomen təkcə tibb mütəxəssisləri üçün problem deyil, həm də insan bədəninin sirlərini açmaq üçün mühüm tədqiqat mövzusudur.


Ektopik Hamiləlik Fondunun mütəxəssislərinin fikrincə, belə hallar tibbi təhsil və tədqiqatlarda mühüm yer tutur və ektopik hamiləliyin daha yaxşı başa düşülməsi üçün vacib məlumatlar verir.
Maraqlı ve Meslehetli
Süd dişləri niyə belə adlanır?

Süd dişləri niyə belə adlanır?...

Maraqlı ve Meslehetli
Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Dünyanın ən bahalı şəhərləri -...

Maraqlı ve Meslehetli
Kəsmik alanda yağ tərkibinə BAXIN: İnsanların 50 faizi səhv edir

Kəsmik alanda yağ tərkibinə BAXIN:...

Maraqlı ve Meslehetli
Orqanizmdə xolesterinin səviyyəsini aşağı salmaq üçün nə yeyək?

Orqanizmdə xolesterinin səviyyəsini...

Maraqlı ve Meslehetli
Üzünüzdəki mimikanız: Həyatınızdakı uğur bu ifadələrdən asılıdır

Üzünüzdəki mimikanız: Həyatınızdakı...

Maraqlı ve Meslehetli
Çox qızardılan çörək və kartof - BU XƏSTƏLİYƏ SƏBƏB OLUR

Çox qızardılan çörək və kartof - BU...

Комментарии (0)