11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Paltaryuyan maşının qapısını bağlayanda nələr baş verər?

Paltaryuyan maşının qapısını bağlayanda nələr baş verər?

Evdə elə əşyalar var ki, onlara göstərilən kiçik diqqət sayəsində daha uzun müddət istifadə edə biləcəyimizə zəmin yaradır. Məsələn, paltaryuyan maşın. Evdə ən çox istifadə olunan və təmizliyimizə xidmət edən bu əşyaya diqqətsiz yanaşsaq, mikrob yuvasına çevrilə bilər. Necə? 

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, hər şey onun qapısından başlayır. Belə ki, maşının qapısını yalnız yuma müddətinə bağlamaq lazımdır.  Əks halda havasızlıq və nəmlik paltaryuyan maşında bir sıra fəsadlar yaradar. 

Məişət texnikası xidmətinin mütəxəssisləri izah edirlər ki, bu, maşınları təmir etməyə gələndə izah edəcəyimiz ilk şeydir. Bir neçə saat və ya gün ərzində sıx bağlanarsa, müxtəlif problemlər yarana bilər. 

Məsələn, içərisindəki bakteriyalar çoxalmağa başlayır və kif yaranır. Axı, maşını içəridən quru silə bilməzsən. Nəmin buxarlanması üçün heç bir yer yoxdur, buna görə bakteriya və göbələklər üçün yaxşı mühit yaranmış olur.


Zamanla əsl problemə çevrilən bakteriya və kirlərin çoxluqları yaranır. Tez-tez qapıdakı sıxlaşdırıcıları dəyişdirməli olursunuz. Ancaq bunun qarşısını, sadəcə qapısını bir qədər aralı saxlamaqla almaq olar.


Sıxlaşdırıcılarla əlaqəli problemlərlə yanaşı, xoşagəlməz bir qoxu da yaranır. Əgər təmiz maşında nəm paltarları rahatlıqla 8-12 saat qoymaq mümkündürsə, bakteriya koloniyalarının yarandığı yerdə 3-5 saatdan sonra paltarlar kiflənəcək. Bu statistikanı tam ciddiyətlə "Whirlpool Institute of Fabric Science" tədqiqatçıları aparıb.


8-12 saat ərzində paltarda kifin və arzu edilməyən qoxuların meydana gəlməsi ehtimalı azdır. Əgər paltarlar maşında daha uzun müddət qalırsa, yenidən yuyulmalıdır.


Maraqlı ve Meslehetli
Yeniyetmələrdə yüksək qan təzyiqi yaranmasının SƏBƏBLƏRİ

Yeniyetmələrdə yüksək qan təzyiqi...

Maraqlı ve Meslehetli
Azərbaycana qış gəldi

Azərbaycana qış gəldi...

Maraqlı ve Meslehetli
Baş ağrısını azaldan bilmədiyiniz 5 üsul

Baş ağrısını azaldan bilmədiyiniz 5...

Maraqlı ve Meslehetli
Qucaqlaşmağın sağlamlığa xeyri

Qucaqlaşmağın sağlamlığa xeyri...

Maraqlı ve Meslehetli
Yayda tərləməni necə azaltmaq olar?

Yayda tərləməni necə azaltmaq olar?...

Maraqlı ve Meslehetli
Cins şalvarınızda olan kiçik cib nə işə yarayır?

Cins şalvarınızda olan kiçik cib nə...

Комментарии (0)