11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Dənizə gedəndə BU SAATLARA diqqət edin!

Dənizə gedəndə BU SAATLARA diqqət edin!

"Çimərliyə getmək üçün ən optimal vaxt səhər 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır".

Lent.az xəbər verir ki, bu fikirləri "Sağlam radio"da yayımlanan "Sağlam səhər" verilisində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, 11:00-16:00 aralığında uşaqları Günəş altında saxlamaq ziyandır:

"Bu saatlarda günəş radiasiyasının ən ekstremal təhlükəli vaxtıdır. Məhz bu zaman intervalında uşaqlarda günəş yanıqları, günvurma halları baş verir. Uşaq orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadənin müəyyən qaydalarına riayət etmək lazımdır.

Pediatr qeyd edib ki, orqanizmin normal funksiyası və yuxu rejiminin tənzimlənməsində D vitamini müxtəlif hormonların sintezi üçün çox vacibdir:

"Onun təsiri nəticəsində qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, immunitet möhkəmlənir. Həmçinin, antidepressant və antibakterial xüsusiyyətlərə də malikdir".

Nuranə Hüseynova bildirib ki, müsbət cəhətləri ilə yanaşı, günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var:

"Bunları yaradan onun tərkibində olan şüalardan asılıdır. Eyni zamanda, isti havalarda uşaqların geyiminə də diqqət yetirmək mütləqdir. Günəş şüasını udan tünd rəngli paltarlardan istifadə tövsiyə olunmur. Məqsədəuyğundur ki, əsasən günəş şüalarını əks etdirən açıq rəngli, yaşıl rəngli geyimlərə üstünlük verilsin. Həmçinin, dairəsi çiyinləri örtəcək ölçüdə papaqlardan istifadə olunmalıdır".


Maraqlı ve Meslehetli
Ağcaqanadların qarşısını almaq üçün bağçada bunu əkin

Ağcaqanadların qarşısını almaq üçün...

Maraqlı ve Meslehetli
Yaddaşı gücləndirmək üçün ən yaxşı içkilər açıqlandı

Yaddaşı gücləndirmək üçün ən yaxşı...

Maraqlı ve Meslehetli
Qaynar çay içənlərə XƏBƏRDARLIQ: Dil xərçənginə səbəb olur

Qaynar çay içənlərə XƏBƏRDARLIQ:...

Maraqlı ve Meslehetli
Həyatınıza və uğurunuza mənfi təsir göstərə biləcək vərdişlər

Həyatınıza və uğurunuza mənfi təsir...

Maraqlı ve Meslehetli
Xoruldama və yuxu apnesi müalicə edilə bilər

Xoruldama və yuxu apnesi müalicə...

Maraqlı ve Meslehetli
Ayaqları çarpazlaşdırıb oturmağın zərərləri

Ayaqları çarpazlaşdırıb oturmağın...

Комментарии (0)