11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Məşhur "Emmoğlu" mahnısı kimə yazılmışdı – Yaraqlı eşq tarixçəsi

Məşhur "Emmoğlu" mahnısı kimə yazılmışdı – Yaraqlı eşq tarixçəsi

1992-ci ildə Türkiyəli müğənni Fərdi Tayfurun oxuduğu "Emmoğlu" ( Əmioğlu) mahnısı ifa edildiyi ilk dəqiqədən çox sevildi və milyon dəfələrlə təkrar- təkrar dinlənildi. Bu mahnının daxil edildiyi kasetlər musiqi dükanlarına gələr-gəlməz alınır, kasetlər əl-əl gəzirdi. Mahnı dəfələrlə müxtəlif val və kasetlərdə yenidən yazılıb satışa çıxarıldı. Ferdi Tayfurun Gülhanə konsert salonundakı konsertinə bu mahnıya görə, 200 min insan gəlib. Mahnının yazıldığı albomu 5.000.000 ədəd satılıb. Albom 2 il bazarda qalaraq rekord qırıb. Mahnının sözlərini ilk baxışda anlamaq olmasa da yanıqlı , hüzn dolu melodiyası insanı özünə əsir edirdi.

Bu kadeh senin şerefine emmi oğlu
O türküyü bir daha çal, gene çal
Karşı dağı duman aldı, pus aldı
Uzun ömrüm yâr yolunda kısaldı
Sazına vuran eline kurban
Allah'ına kurban emmi oğlu

Ben de bu dağların nesine geldim?
Meeleşir kuzular, sesine geldim
Bir garip ölmüşte yasına geldim
Geldim emmi oğlu
Ben de bu dağların nesine geldim?
Meleşir kuzular, sesine geldim
Bir garip ölmüşte yasına geldim
Geldim emmi oğlu

Əslində mahnı kədərli və yarımçıq bir eşqin hekayəsi idi. Maraşda iki əmioğlu bir- birlərindən xəbərsiz kəndin ən gözəl qızına aşiq olurlar. Bir- birinin xətrini qardaşdan əziz tutan gənclər məslədən agah olanda hər ikisi eşqindən imtina edib, kəndi tərk etməyə qərar verirlər. Biri köçüb İstanbula gedir, musiqiçi kimi ad çıxarır, digəri Almaniyada biznes qurur.
Sevdikləri qız başqasına ərə gedir. Lakin xoşbəxt olmur, yaman xasiyyətli ərin zülmü altında çərləyib ölür. İki körpə balası, quzusu yetim qalır.

Onun ölüm xəbərini alan iki əmi oğlu doğulduqları kəndə qayıdır, dağ döşündə oturub dərdləşirlər.
"Bir gəlin ölmüş də yasına gəldim" deyərkən sevdikləri qadını, mələşir quzular deyərkən də onun yetim qalan balalarını nəzərdə tutub ağlaşırlar.

Bu mahnı 30 il sonra Mahzun Kırmızıgülün ifasında ikinci həyat qazanıb.


Maraqlı ve Meslehetli
Yaddaşı gücləndirmək üçün ən yaxşı içkilər açıqlandı

Yaddaşı gücləndirmək üçün ən yaxşı...

Maraqlı ve Meslehetli
Zamanın tərsinə çevrilməsinə dair SÜBUTLAR

Zamanın tərsinə çevrilməsinə dair...

Maraqlı ve Meslehetli
Körpə uşağa çay vermək olarmı?

Körpə uşağa çay vermək olarmı?...

Maraqlı ve Meslehetli
İstidə kondisionersiz otağı necə sərinləşdirmək olar?

İstidə kondisionersiz otağı necə...

Maraqlı ve Meslehetli
Şeytanın rəqəmi 666 deyilmiş - Rəqəmlərin sirləri açıqlandı

Şeytanın rəqəmi 666 deyilmiş -...

Maraqlı ve Meslehetli
100 il yaşamaq şansı olan insanlar nə zaman doğulurlar?

100 il yaşamaq şansı olan insanlar...

Комментарии (0)