11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Alimlər idmanla məşğul olmaq həvəsinin "açarını" tapdılar

Alimlər idmanla məşğul olmaq həvəsinin "açarını" tapdılar

Alimlər idmanla məşğul olma həvəsinin "açarını" tapıblar.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İspaniyanın Milli Xərçəng Araşdırmaları Mərkəzi məlumat verib. Tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Bildirilir ki, idmanla məşğul olmaq istəyinin əsasında duran mexanizmləri müəyyənləşdirmək üçün alimlər iki qrup siçan üzərində eksperiment aparıblar. Birinci qrup adi gəmiricilərdən, ikinci qrup isə yüksək yağlı pəhriz nəticəsində artıq çəki yığmış heyvanlardan ibarət olub.

Tədqiqat göstərib ki, intensiv məşqlər zamanı siçanların orqanizmində iki zülal - "p38α" və "p38γ" aktivləşir. Bu prosesə "interleykin 15" ("IL-15") adlı başqa bir zülal da cəlb olunur.

Fiziki hərəkətlər "p38γ" zülalını aktivləşdirir ki, bu da orqanizmdə "IL-15"in sintezini artırır. Qanda "IL-15" səviyyəsinin yüksəlməsi beyinə fiziki aktivliyin artması haqqında siqnal ötürür, bu da hərəkətliliyin artmasına səbəb olur.

Tədqiqat müəllifləri iddia edirlər ki, piylənmə və idman zamanı əzələlərdə "p38γ" zülalının aktivləşməsi arasındakı əlaqə artıq çəkidən xilas olmaq üçün açar rolunu oynaya bilər.

Onlar həmçinin qeyd edirlər ki, müntəzəm məşqlər piylənmənin profilaktikası və müalicəsinin effektiv üsuludur.


Maraqlı ve Meslehetli
Yaddaşı gücləndirmək üçün ən yaxşı içkilər açıqlandı

Yaddaşı gücləndirmək üçün ən yaxşı...

Maraqlı ve Meslehetli
Zamanın tərsinə çevrilməsinə dair SÜBUTLAR

Zamanın tərsinə çevrilməsinə dair...

Maraqlı ve Meslehetli
Körpə uşağa çay vermək olarmı?

Körpə uşağa çay vermək olarmı?...

Maraqlı ve Meslehetli
İstidə kondisionersiz otağı necə sərinləşdirmək olar?

İstidə kondisionersiz otağı necə...

Maraqlı ve Meslehetli
Şeytanın rəqəmi 666 deyilmiş - Rəqəmlərin sirləri açıqlandı

Şeytanın rəqəmi 666 deyilmiş -...

Maraqlı ve Meslehetli
100 il yaşamaq şansı olan insanlar nə zaman doğulurlar?

100 il yaşamaq şansı olan insanlar...

Комментарии (0)