11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bu dərmanlar xərçəngdən qoruyur - Yeni araşdırma

Bu dərmanlar xərçəngdən qoruyur - Yeni araşdırma

Statinlər qaraciyər xərçəngi riskini azaldır.

BiG.AZ medicina.az-a istinadən xəbər verir ki, ABŞ-ın Milli Xərçəng Araşdırmaları İnstitutunun alimləri bu qənaətə gəliblər.

Onlar müəyyən ediblər ki, statinlərin (qanda aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsini tənzimləməyə kömək edən dərmanlar) istifadəsi qaraciyər xərçənginin inkişaf riskini 35% azaldır.
Araşdırmanın nəticələri "Cancer" jurnalında dərc olunub.

Tədqiqatda qaraciyər xərçəngi olan 3 719 nəfər və 14 876 sağlam könüllü iştirak edib. Tədqiqatçılar iştirakçıların sağlamlıq vəziyyətini və istifadə etdikləri dərmanları qiymətləndirmək üçün tibbi qeydlərdən alınan məlumatları təhlil ediblər.

Nəticələr göstərib ki, aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsinin dərman vasitəsi ilə azaldılması qaraciyər xərçəngi riskinin azalması ilə nəticələnir. Xüsusilə, xolesterol udma inhibitorları bu xəstəliyin ehtimalını 31%, statinlər isə 35% azaldır.

Digər dərmanlar (fibratlar, omeqa-3 yağ turşuları və niasin) bu baxımdan qoruyucu təsir göstərmir.

Tədqiqatçılar statinlərin antiinflamatuar xüsusiyyətlərinin xərçəng riskini azaltmaqda mühüm rol oynaya biləcəyini irəli sürüblər.

Bununla belə, bu əlaqəni təsdiqləmək və statinlərin təsir mexanizmlərini daha yaxşı başa düşmək üçün daha geniş tədqiqatlara ehtiyac var.


Maraqlı ve Meslehetli
Oğlanlar evlenmekden niye qaçırlar..?

Oğlanlar evlenmekden niye...

Maraqlı ve Meslehetli
Günəş kremindən istifadə "D" vitamini istehsalına az təsir edir

Günəş kremindən istifadə "D"...

Maraqlı ve Meslehetli
Heyvandan insana keçən dəhşətli virus yayılır - 19 nəfər ölüb və...

Heyvandan insana keçən dəhşətli...

Maraqlı ve Meslehetli
Yaşlı insanlar bu meyvəni yeməlidir – Ürək sağlamlığı üçün faydalıdır

Yaşlı insanlar bu meyvəni yeməlidir...

Maraqlı ve Meslehetli
Yumurtanı soyuducuya qoyduqdan əvvəl yumaq lazımdırmı?

Yumurtanı soyuducuya qoyduqdan...

Maraqlı ve Meslehetli
Hansı ölke naharda ne yeyir?

Hansı ölke naharda ne yeyir?...

Комментарии (0)