11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Yeməkdən niyə doya bilmirik? - Həkim aclıq hissini öldürməyin yolunu açıqladı

Yeməkdən niyə doya bilmirik? - Həkim aclıq hissini öldürməyin yolunu açıqladı

"Həddindən artıq yeməyin əsas problemi doyma hissinin dərhal baş verməməsi, toxluq siqnalının beyinə gecikmə ilə çatmasıdır. Bu müddət ərzində insan lazım olduğundan daha çox yeyir".

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı dietoloq və sağlam qidalanma üzrə ekspert Tatyana Meşçeryakova danışıb.

O, bildirib ki, insan az yeyəndə yorğunluq, baş gicəllənməsi, güc çatışmazlığı yaranır və orqanizmdə enerjiyə qənaət etmək məqsədilə metabolik proseslərin sürətini azaldan qoruyucu reaksiya işə düşür.

"Bəlkə də buna görə həddindən artıq yemə prosesini nəzarətdə saxlamaq bizim üçün çətindir", - deyə həkim izah edib.

Onun sözlərinə görə, insanın daim həddindən artıq yediyini yalnız müəyyən müddətdən sonra davamlı artıq çəki və ya ayda 1-3 kq tədricən çəki artımı ilə başa düşmək olar.

"Yeməkdən sonra narahatlıq və ağırlıq bu prosesin tipik nəticələridir. Digər bir siqnal yemək zamanı müntəzəm gəyirmədir. Bu, insanın artıq həddindən artıq yediyini göstərir", - deyə Meşçeryakova vurğulayıb.

Dietoloq həddindən artıq yemək istəyinin bir sıra səbəblərdən - quru yemək və maye qidadan qaçmaq, yuxu, istirahət və qidalanma rejiminin olmaması, uşaqlıqdan gələn həddindən artıq qida istehlakı, ailə vərdişləri, stress və depressiya, tez-tez ziyafətlər, tələsik yemək, aclıq hissi olmadan və prosesin özünə cəlb olunmadan avtomatik qida qəbulu və s. səbəbindən yarandığını deyib.

Meşeryakova həddindən artıq yeməyin qarşısını almağın dörd yolunu sadalayıb:

Yeməkdən niyə doya bilmirik? - Həkim aclıq hissini öldürməyin yolunu açıqladı

Onlardan birincisi su rejiminin gözlənilməsidir. Həkimin sözlərinə görə, gün ərzində kifayət qədər su içmək (1 kq çəkiyə 30 ml) qəbul edilən qidanın həcminin azalmasına və normallaşmasına gətirib çıxarır.

Duz və şəkər istehlakının azaldılması. Meşçeryakova xəbərdarlıq edib ki, bu məhsulların iştahanı artırdığı elmi yolla sübut olunub.

Qidanı tələsmədən qəbul etmək. Dietoloq qeyd edib ki, yeməyi yavaş-yavaş və keyfiyyətlə çeynəmək lazımdır.

"Qidanı elə dərəcədə diqqətlə çeynəməyə çalışmaq vacibdir ki, o, hələ ağız boşluğunda "maye" forma alsın və əvvəlcədən onun dadını hiss etmədən dərhal udmağa can atmamaq. Yemək üçün ən azı 30 dəqiqə ayırmaq lazımdır", - deyə kəkim bildirib.

Sağlam asketizmin gözlənilməsi. Meşçeryakova məsləhət görüb ki, könüllü olaraq orqanizmə potensial zərər verən qidalardan "zibil" qidalardan, o cümlədən çipslər, transyağlar tərkibli məhsullar, dərin yağda qızardılmış məhsullar, süd yağı əvəzediciləri olan məhsullar, ətli yarımfabrikatlar, mürəkkəb tərkibli konservlər, uzun saxlama müddəti olan məhsullardan imtina etmək və ya onları məhdudlaşdırmaq lazımdır.

"Sadə, sağlam və təzə qidalar - şorbalar, tam taxıllardan hazırlanmış sıyıqlar, tərəvəz qarnirləri, yüngül tərəvəz salatları seçmək lazımdır", - deyə həkim sözlərini yekunlaşdırıb.


Maraqlı ve Meslehetli
Oğlanlar evlenmekden niye qaçırlar..?

Oğlanlar evlenmekden niye...

Maraqlı ve Meslehetli
Günəş kremindən istifadə "D" vitamini istehsalına az təsir edir

Günəş kremindən istifadə "D"...

Maraqlı ve Meslehetli
Heyvandan insana keçən dəhşətli virus yayılır - 19 nəfər ölüb və...

Heyvandan insana keçən dəhşətli...

Maraqlı ve Meslehetli
Yaşlı insanlar bu meyvəni yeməlidir – Ürək sağlamlığı üçün faydalıdır

Yaşlı insanlar bu meyvəni yeməlidir...

Maraqlı ve Meslehetli
Yumurtanı soyuducuya qoyduqdan əvvəl yumaq lazımdırmı?

Yumurtanı soyuducuya qoyduqdan...

Maraqlı ve Meslehetli
Hansı ölke naharda ne yeyir?

Hansı ölke naharda ne yeyir?...

Комментарии (0)