09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm

Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm
Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm


Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var.

MAY.AZ modern.az-a istinadən bildirir ki, Anadolu agentliyinin məlumatına görə, Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır. Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.

Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan "Möhtəşəm yüz il" serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında "Diriliş: Ərtoğrul", "Qara para eşq", "Adını Fəriha qoydum", "Gümüş" və "Fatmagülün suçu nə?" teleserialları var.

Türk teleserialları arasında xarici televiziya bazarına ilk ixrac edilən film 1975-ci ildə lentə alınmış və 1981-ci ildə Fransaya satılmış "Aşk-ı Məmnu" olub. Bu serialların MDB məkanında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, habelə Balkan ölkələrində daha populyar olduğu bildirilir. Məşhur futbolçu Lionel Messi də "Qara para eşq" serialına baxdıqdan sonra təəssüratını "Instagram" səhifəsində bölüşüb. "Diriliş: Ərtoğrul" serialı isə Venesuela Prezidenti Nikolas Maduronun sevimli filmlərindən biridir. Son məlumata əsasən, ən tanınmış Netflix yayım şirkəti dörd türk serialının yayım haqlarını satın alıb.
Maraqlı ve Meslehetli
Yay aylarında çox müşahidə olunan zəhərlənmə: Nə etməliyik?

Yay aylarında çox müşahidə olunan...

Maraqlı ve Meslehetli
Zəmzəm suyunu mikroskop altında araşdıran qadın heyrətə gəldi

Zəmzəm suyunu mikroskop altında...

Maraqlı ve Meslehetli
Səhər etdiyiniz bu səhvlər sizi kasıblaşdıra bilər

Səhər etdiyiniz bu səhvlər sizi...

Maraqlı ve Meslehetli
Etirler ve psixologiya

Etirler ve psixologiya...

Maraqlı ve Meslehetli
Gözünüz yorğundursa, bunları edin

Gözünüz yorğundursa, bunları edin...

Maraqlı ve Meslehetli
Bu qidalar saçdakı ağları tamamilə yox edir

Bu qidalar saçdakı ağları tamamilə...

Комментарии (0)